Pleyeri seçin:

Vaşinqton görüşlərinin pərdəarxası | Donald Tramp İrana qarşı beş əsas tələb irəli sürdü - Baku TV

02 fevral 2026 20 baxış

İsrailin hərbi rəhbərliyi Vaşinqtonda ABŞ-nin Baş Qərargahı ilə intensiv danışıqlar aparıb. Bu görüşlər təhlükəsizlik koordinasiyası çərçivəsində keçirilib və İrana mümkün hücumun nəticələrini müəyyən etməyə yönəlib.

Bu barədə “Maariv” qəzeti İsrailin hərbi-siyasi rəsmilərinə istinadla bildirib.

İsrail nümayəndə heyətinə Baş Qərargah rəisi Eyal Zamir rəhbərlik edib. O, Vaşinqtonda amerikalı həmkarı Den Keynlə görüşüb.

Nəşr yazıb ki, Təl-Əviv görüşlər zamanı İrana hərbi zərbə endirməyin və ya bundan çəkinməyin nəticələrini izah edib, son kəşfiyyat məlumatlarını təqdim edib.

“Maariv”in məlumatına görə, ABŞ Prezidenti Donald Tramp İrana qarşı beş əsas tələb irəli sürüb. Bunlar – təxminən 400 kiloqram zənginləşdirilmiş uranın təhvil verilməsi, nüvə proqramının ləğvi, ballistik raket proqramının ləğvi, raket proqramının dayandırılması, eləcə də Yəmən, İraq, Suriya və Livanda proksi qüvvələrə dəstəyin dayandırılmasından ibarətdir.

İsrail tərəfinin fikrincə, İran bu tələbləri həm birlikdə, həm də ayrıca müzakirə etməyə hazır deyil və hazırkı mərhələ prosesi uzatma taktikası ilə xarakterizə olunur.

ABŞ-nin isə iki seçimi var: ya hərbi qarşıdurmaya getmək, ya da geri çəkilərək təhlükəni yalnız “nəzəri eskalasiya”ya çevirmək.

İsrail xəbərdarlıq edib ki, ABŞ-nin son anda geri çəkilməsi Yaxın Şərqdə daha təhlükəli vəziyyət yarada, Tehran və proksilərini gücləndirə və İranı qlobal terrorun əsas mənbəyi kimi möhkəmləndirə bilər.

Nəşr sonda vurğulayır ki, İsrail hazırkı mərhələni güc balansını yenidən formalaşdırmaq üçün qırılma nöqtəsi hesab edir, son səfər də ABŞ-nin qərarına təsir göstərmək məqsədi daşıyır.

Kopyalandı
Rusiyanın AZAL təyyarəsini vurduğu "Pantsir-S1" sistemi Ukrayna qarşısında acizdir? | HƏRBİ XRONİKA

Rusiyanın AZAL təyyarəsini vurduğu "Pantsir-S1" sistemi Ukrayna qarşısında acizdir? | HƏRBİ XRONİKA

Dünya
02 fevral 2026 20 baxış
Qırğızıstanda cinsiyyət dəyişikliyi qadağan edilir

Qırğızıstanda cinsiyyət dəyişikliyi qadağan edilir

Dünya
02 fevral 2026 20 baxış
Türkiyənin siyasi liderlərinin reytinqi açıqlandı

Türkiyənin siyasi liderlərinin reytinqi açıqlandı

Dünya
02 fevral 2026 20 baxış
Rəsmi Tehran sanksiyaların ləğvini tələb edir

Rəsmi Tehran sanksiyaların ləğvini tələb edir

Dünya
02 fevral 2026 20 baxış
Neyrotexnologiya ilə bağlı yazışma yayıldı

Neyrotexnologiya ilə bağlı yazışma yayıldı

Dünya
02 fevral 2026 20 baxış
Ukrayna ilə bağlı danışıqların ikinci mərhələsi nə vaxt keçiriləcək? - Baku TV CANLI

Ukrayna ilə bağlı danışıqların ikinci mərhələsi nə vaxt keçiriləcək? - Baku TV CANLI

Dünya
02 fevral 2026 20 baxış
Tehrandakı səfirlər niyə XİN-ə çağırıldı? - Baku TV CANLI

Tehrandakı səfirlər niyə XİN-ə çağırıldı? - Baku TV CANLI

Dünya
02 fevral 2026 20 baxış
ABŞ-də ölənlərin sayı 100 nəfəri ötdü

ABŞ-də ölənlərin sayı 100 nəfəri ötdü

Dünya
02 fevral 2026 20 baxış
Babacanyan Ceyms Devid Vensin Ermənistana gözlənilən səfərindən danışdı

Babacanyan Ceyms Devid Vensin Ermənistana gözlənilən səfərindən danışdı

Dünya
02 fevral 2026 20 baxış
Botsvana və Almaniya arasında fil qalmaqalı

Botsvana və Almaniya arasında fil qalmaqalı

Dünya
02 fevral 2026 20 baxış
Seçilmişlər
icon