Dünya
Pleyeri seçin:

Putin prezidentliyə namizədliyi ilə bağlı qərarını açıqladı

08 dekabr 2023

Rusiyanın hazırkı dövlət başçısı Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.

Bu barədə o, Rusiya qəhrəmanlarının mükafatlandırma mərasimində çıxışında elan edib.

Qeyd edək ki, dekabrın 8-də Rusiya Mərkəzi Seçki Komissiyası səsvermə tarixlərini təsdiqləyib. İlk dəfə prezident seçkiləri üç gün – martın 15-dən 17-dək keçiriləcək.

Ölkənin seçki qanunvericiliyinə uyğun olaraq, birinci tur bazar günü, martın 17-də başa çatacaq. Namizədlərdən heç biri səslərin yarısından çoxunu toplamasa, ikinci tur düz üç həftə sonra, 2024-cü il aprelin 7-də baş tutacaq. Seçkilərin qalibinin inauqurasiya mərasimi isə 2024-cü il mayın 7-nə təyin edilib.

Xatırladaq ki Vladimir Putin artıq beşinci dəfədir ki, prezidentlik postu uğrunda mübarizəyə qoşulur. O, 1999-cu ilin son günündə prezident vəzifəsini Boris Yeltsindən təhvil alıb və İosif Stalindən sonra ən çox hakimiyyətdə qalan Rusiya dövlət başçısıdır.

V.Putin hətta 18 il hakimiyyətdə olmuş Leonid Brejnevi də geridə qoyub. O, 2020-ci ildə Rusiya Konstitusiyasına etdiyi dəyişikliklərə əsasən, 2024-cü ildə də yeni müddətə namizəd olmaq hüququ əldə edib.

Düzəlişlər edilməzdən əvvəl konstitusiya bir şəxsin yalnız iki dəfə altı il müddətinə seçilməsinə icazə verirdi, yəni V.Putin ikinci ardıcıl prezidentlik müddəti bitdikdən sonra 2024-cü ildə istefa verməli idi. Amma Duma tərəfindən təsdiqlənən yeni konstitusiyaya görə, V.Putin 2024-cü ildə növbəti dəfə prezidentlik yarışında qalib gələrsə və altı ildən sonra yenidən seçilərsə, o, 2036-cı ilə qədər hakimiyyətdə qala biləcək.

İranda vəziyyət gərginləşir | Cavad Zəriflə bağlı məsələlərin pərdəarxası

İranda vəziyyət gərginləşir | Cavad Zəriflə bağlı məsələlərin pərdəarxası

Dünya
31 avqust 2024
Süleyman Kərimovun satdığı superyaxta Türkiyədə gəmi ilə toqquşdu

Süleyman Kərimovun satdığı superyaxta Türkiyədə gəmi ilə toqquşdu

Dünya
31 avqust 2024
İrandan təcili açıqlama | İranlı general Krımda ruslara təlim keçir?

İrandan təcili açıqlama | İranlı general Krımda ruslara təlim keçir?

Dünya
31 avqust 2024
Rusiya bu sahədəki gücünü bərpa edir | Neft şirkətləri Türkiyə vasitəsilə...

Rusiya bu sahədəki gücünü bərpa edir | Neft şirkətləri Türkiyə vasitəsilə...

Dünya
31 avqust 2024
BMT Qəzza zolağında humanitar fasilə barədə ilkin razılığa gəldi

BMT Qəzza zolağında humanitar fasilə barədə ilkin razılığa gəldi

Dünya
31 avqust 2024
ABBA qrupundan Trampa sərt sözlər | Bizim mahnıları oxuma!

ABBA qrupundan Trampa sərt sözlər | Bizim mahnıları oxuma!

Dünya
31 avqust 2024
Agent elan edilmiş məşhur aktyorun evini satmağa nə mane oldu?

Agent elan edilmiş məşhur aktyorun evini satmağa nə mane oldu?

Dünya
30 avqust 2024
İsraildən Livana qırıcı təyyarələrlə hücum | Gərginlik pik həddə

İsraildən Livana qırıcı təyyarələrlə hücum | Gərginlik pik həddə

Dünya
30 avqust 2024
İran uran ehtiyatını artırmağa davam edir | Ekspertlərdən açıqlama

İran uran ehtiyatını artırmağa davam edir | Ekspertlərdən açıqlama

Dünya
30 avqust 2024
Ukraynalı generalın 3 günlük qapalı toplantısı | Detallar ortaya çıxdı

Ukraynalı generalın 3 günlük qapalı toplantısı | Detallar ortaya çıxdı

Dünya
30 avqust 2024
Seçilmişlər
icon