Putin: Qərb texnikası Sovet silahlarına uduzur
“Kiyev rejiminin Qərb kuratorları Ukraynanın hazırkı hakimiyyətinin əvvəlki aylarda yüksək səslə elan etdiyi əks-hücumun nəticələrindən açıq-aydın məyusdurlar”.
Bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.
“Nəhəng resurslar, Qərb tanklarının, artilleriyasının, zirehli texnikasının, raketlərinin tədarükü, cəbhə xəttimizi yarmaq cəhdlərində fəal iştirak edən minlərlə əcnəbi muzdlunun yerləşdirilməsi də onlara kömək etmir. Ən əsası isə Ukrayna Silahlı Qüvvələrinin itkisi onminlərlədir. Ölkənin səfərbərlik potensialı tükənir. Bütün dünya görür ki, Qərbin əvəzsiz və mükəmməl kimi qələmə verdiyi texnikaları yanır, öz taktiki və texniki göstəricilərinə görə hətta sovet istehsalı olan silahlara uduzur”, – deyə o qeyd edib.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- NATO-Rusiya müharibəsi realdır? - Milyonlarla insan üçün təhlükəli vəziyyət yarandı - Baku TV
- ABŞ və Rusiya nazirlərinin Ukrayna və İran müzakirəsi necə nəticə verəcək? - ANA XƏBƏR
- Müharibənin uzanması Rusiyaya nəyə başa gələ bilər? - Baku TV CANLI
- Rusiya-Ukrayna müharibəsi hansı tarixdə bitəcək? - Zelenskidən açıqlama - Baku TV
- Yeni döyüş mərhələsi başlayır? | Bölgədən gələn xəbərlər narahatlıq doğurur - Baku TV
