Putin rejimi terrorla mübarizə apara bilmir | "Crocus" işi ilə bağlı açıqlama
“Kreml real terror qruplaşmalarına qarşı tədbir görmədiyi üçün Rusiya ərazisində terror aktları davam edəcək”.
Bunu Ukrayna Ordusunun ehtiyatda olan general-mayoru Viktor Yaqun deyib.
“Rusiyanın daxili işlər nazirinin müşaviri Vladimir Ovçinnikov bildirib ki, “Crocus City Hall”da terrorçuları onlara quraşdırılmış çiplərdən istifadə etməklə idarə ediblər. Bu, Daxili İşlər Nazirliyinin general-mayorunun sözləridir və onların axmaqlığının səviyyəsini başa düşməyə kifayət edir.
Yəni bütün dünya onların ruhi xəstə olduğunu başa düşdü. Rusların problemi odur ki, onları bu cür adamlar idarə edir. Putin terror aktına görə Ukraynanı günahlandırdı və indi onun əlaltıları Putinin sözlərini təsdiqləmək üçün nəsə fikirləşməyə çalışırlar”, – o bildirib.
V.Yaqun qeyd edib ki, Putin rejimi terrorçularla mübarizədə zəif və qeyri-peşəkardır:
“Rusiya üçün problemlər yeni başlayır. Dünya kəşfiyyat orqanları ilə danışıqlar aparmaq əvəzinə, səfehliklə məşğuldurlar. Rejim bu problemlə həqiqətən mübarizə aparmağa çalışmır. Rejimin bu cür qeyri-peşəkarlığı və zəifliyi Rusiya ərazisində daha böyük terror aktlarına səbəb olacaq. Çünki onlar terrorçu qruplara qarşı real addımlar atmırlar”.
#Rusiya teqi istifadə olunub
- Kreml Bakıya hansı mesajı verir və bu mesaj kimlərə hesablanıb? - AKTUAL GÜNDƏM
- Rusiyanın dondurulmuş aktivlərinin müddətsiz bloklanması təsdiqlənib
- Belçika Rusiya aktivlərinin qarşılığında Aİ-dən bunları tələb edir - Baku TV CANLI
- Rusiyanın aktivləri müsadirə ediləcək? | Aİ-dən qərar - Baku TV CANLI
- Erməni Baş nazir bir saat Moskva səmasında niyə qaldı?
