Putin və Trampın Budapeştdəki görüşü ilə bağlı məlumat
“Macarıstanın xüsusi xidmət orqanları Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Budapeştdəki görüşü zamanı təhlükəsizliyi tam təmin edəcək”.
Bu barədə Macarıstan Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koşkoviç sosial şəbəkədə məlumat verib.
Analitikin sözlərinə görə, iki dövlət başçısının Macarıstanda təhlükəsizliyi təmin olunacaq.
O əlavə edib ki, ölkənin xüsusi xidmət orqanları yaxşı təlim keçib və görüş zamanı amerikalı və rusiyalı mütəxəssislər də onlara yardım göstərəcək.
Koşkoviç vurğulayıb ki, prezidentlərin qorunması prioritet olacaq.
Qeyd edək ki, 16 oktyabrda Putin və Tramp arasında səkkizinci telefon danışığı baş tutub və tərəflər yeni şəxsi sammitin təşkilinə razılıq veriblər.
Görüş növbəti iki həftə ərzində Macarıstan paytaxtında keçirilə bilər.
#Donald Tramp teqi istifadə olunub
- Tramp İlham Əliyevin sözlərinin yer aldığı məqaləni “Truth Social”da paylaşdı - Baku TV
- Ərəb ölkələri İrana qarşı vahid cəbhədə birləşir? | Tehran hərəkətə keçəcək? - Baku TV
- Ağ Evin İrana qarşı yeni təzyiqi: Danışıqlar çağırışının pərdəarxası məqamları - ANA XƏBƏR
- Donald Tramp İranı sərt şəkildə hədələdi
- Baş nazir ABŞ Prezidenti ilə görüşdə tarixi açıqladı
