Putindən Qərbə sərt xəbərdarlıq | Bu, NATO peyklərinin məlumatlarıdır
“Bizim ölkəyə zərbə endirmək üçün uzaqmənzilli Qərb silahlarından istifadə NATO ölkələri, ABŞ və Avropa ölkələrinin Rusiya ilə müharibə vəziyyətində olması demək olacaq”.
Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
O bildirib ki, Ukrayna təkbaşına belə zərbələr endirmək iqtidarında deyil. Onun sözlərinə görə, bu yalnız NATO peyklərinin məlumatlarından istifadə etməklə baş verə bilər.
“Biz NATO ölkələrinin birbaşa hərbi münaqişədə iştirak edib-etməməsi ilə bağlı qərar verməkdən danışırıq”, – deyə Kreml rəhbəri qeyd edib.
Putinin fikrincə, belə bir qərar qəbul olunarsa, bu, münaqişənin mahiyyətini dəyişəcək və NATO ölkələrinin Rusiya ilə müharibə vəziyyətində olması demək olacaq.
“Əgər bu belədirsə, münaqişənin mahiyyətindəki dəyişikliyi nəzərə alaraq, bizim üçün yaranacaq təhlükələrə əsaslanaraq müvafiq qərarlar qəbul edəcəyik”, – deyə Putin əlavə edib.