Dünya
Pleyeri seçin:

Putindən Qəzzadakı müharibə ilə bağlı tənqid | BMT heç nə etmir

14 dekabr 2023

Prezident Vladimir Putin dekabrın 14-də ilin yekunlarına dair ənənəvi brifinqini keçirib.

Bir çox suallara cavab verən və gündəmdə olan məsələlərə aydınlıq gətirən Kreml rəhbəri İsrail-HƏMAS münaqişəsindən də danışıb.

“Anadolu” Xəbər Agentliyinin əməkdaşının “Türkiyə və Rusiya Yaxın Şərqdə gedən bu müharibəni dayandırmaq üçün nə edir?” sualına Vladimir Putin tutarlı cavab verib. Kreml rəhbəri çıxışında Birləşmiş Millətlər Təşkilatını tənqid etməyi də unutmayıb:

“Rəcəb Tayyib Ərdoğan Qəzzadakı ölümlərin qarşısını almaq üçün əlindən gələni edir və sülhün yaradılmasında çox böyük səylər göstərir. Qəzzada baş verənlər müsibətdir. Bütün dünya Ukraynaya dəstək verir, halbuki orada qadın və uşaqlar tərəfimizdən qətlə yetirilmir. Bəs niyə Qəzzada susur? Qəzza dünyanın ən böyük uşaq qəbiristanlığına çevrilib. BMT bu mövzuda heç nə etmir.

Onlar üçün fələstinlilərin ölümündə qeyri-adi bir şey yoxdur. Çünki təşkilat mahiyyətini itirib. BMT dövlətlər arasında konsensusa nail olmaq məqsədilə yaradılıb, lakin indi bu baş vermir.

Biz R.T.Ərdoğanla daim danışırıq və görüşməyi planlaşdırırdıq. Amma R.T.Ərdoğanın qrafiki ilə əlaqədar olaraq görüşməyimiz alınmadı. Ona görə də biz, çox güman ki, ilin əvvəlində Türkiyədə görüşəcəyik”.

Qeyd edək ki, Vladimir Putinin brifinqində zalda federal və regional Rusiya KİV nümayəndələri, habelə ölkədə akkreditə olunmuş xarici jurnalistlər iştirak ediblər. Kreml rəhbərinə 1 milyon insan telefon bağlantısı ilə, 6 milyon nəfər isə məktubla sual ünvanlayıb.

Lukaşenko Rusiyada dağda elə bir iqamətgah tikdirir ki...

Lukaşenko Rusiyada dağda elə bir iqamətgah tikdirir ki...

Dünya
01 may 2024
Ukrayna süni intellektlə yaradılan “Viktoriya”ya vacib vəzifə verdi

Ukrayna süni intellektlə yaradılan “Viktoriya”ya vacib vəzifə verdi

Dünya
01 may 2024
Ölənlərin arasında azərbaycanlı da var | Ukraynada son vəziyyət

Ölənlərin arasında azərbaycanlı da var | Ukraynada son vəziyyət

Dünya
01 may 2024
Fələstinə dəstək olan 100-dən çox tələbə saxlanıldı | Nyu-Yorkda gərginlik

Fələstinə dəstək olan 100-dən çox tələbə saxlanıldı | Nyu-Yorkda gərginlik

Dünya
01 may 2024
Rusiya və Tacikistan əlaqələrində kəskin dəyişiklik | Hadisələrin pərdəarxası

Rusiya və Tacikistan əlaqələrində kəskin dəyişiklik | Hadisələrin pərdəarxası

Dünya
01 may 2024
Tbilisidəki aksiyalarda gərginlik artır | Xeyli şəxs saxlanıldı

Tbilisidəki aksiyalarda gərginlik artır | Xeyli şəxs saxlanıldı

Dünya
01 may 2024
İranın ən varlı adamlarından olan Babək Zəncaninin edam cəzası dəyişdirildi

İranın ən varlı adamlarından olan Babək Zəncaninin edam cəzası dəyişdirildi

Dünya
01 may 2024
Netanyahu baş nazirlikdən getsə... | Amerika kəşfiyyatı Qəzzadakı hadisələri araşdırdı

Netanyahu baş nazirlikdən getsə... | Amerika kəşfiyyatı Qəzzadakı hadisələri araşdırdı

Dünya
01 may 2024
Aksiya davam edəcək və xalqın qələbəsi ilə bitəcək | Aksiya iştirakçısı

Aksiya davam edəcək və xalqın qələbəsi ilə bitəcək | Aksiya iştirakçısı

Dünya
01 may 2024
Gürcüstanda aksiya zamanı qarşıdurma yaşanıb

Gürcüstanda aksiya zamanı qarşıdurma yaşanıb

Dünya
01 may 2024
Seçilmişlər
icon