Putinin dediyi ilə razılaşdı, amma... | Lukaşenko Rusiyaya nəyə görə getmişdi?
Belarus Prezidenti Aleksandr Lukaşenko Valaamdakı görüşdə Rusiya Prezidenti Vladimir Putindən milyard dollarlıq kredit istəyib.
Bu barədə “İnsayder” nəşri mənbələrə istinadla məlumat yayıb.
“Putin Lukaşenkonun qarşısında Belarusun İttifaq Dövləti daxilində ilk növbədə hərbi və iqtisadi sahədə daha dərin inteqrasiyası məsələsini qaldırmağa çalışıb. Lukaşenko da Putinə bununla razılaşdığını deyib və bildirib ki, amma bundan öncə Belarusda həyat səviyyəsi yüksəldilməli, sonra isə daha geniş inteqrasiya prosesinə keçilməlidir”, ‒ mənbə bildirib.
Məlumata görə, danışıqlar zamanı Lukaşenko həmişəki kimi Putindən Belarus dövlət büdcəsi üçün yeni kreditlər istəyib.
“Çox güman ki, Lukaşenko Putinin uzun müzakirələr əhvali-ruhiyyəsində olmadığını anlayıb və ümid edib ki, Rusiya lideri uzun müzakirələr aparmadan ona əlavə maliyyə ayırmağa razı olacaq. Lakin Vladimir Vladimiroviç açıq şəkildə bildirib ki, hər hansı pul ayırmazdan əvvəl Baş nazir Mixail Mişustinlə məsləhətləşmək lazımdır. Söhbət bununla da bitib”, ‒ deyə nəşrdə qeyd edilir.
#Rusiya teqi istifadə olunub
- Rusiyanın dondurulmuş aktivlərinin müddətsiz bloklanması təsdiqlənib
- Belçika Rusiya aktivlərinin qarşılığında Aİ-dən bunları tələb edir - Baku TV CANLI
- Rusiyanın aktivləri müsadirə ediləcək? | Aİ-dən qərar - Baku TV CANLI
- Erməni Baş nazir bir saat Moskva səmasında niyə qaldı?
- Paşinyan bir saat havada qaldı | Moskva səmasında nə baş verdi? - Baku TV
