Qazaxıstan Rusiya kanallarını məhdudlaşdırmağa hazırlaşır? - Deputatdan açıqlama
“Qazaxıstan Rusiya telekanallarının yayımını məhdudlaşdırmalı və onlardan yayım haqqı almalıdır”.
“Kazax24” saytı xəbər verir ki, bu təkliflə hakim Əmanət partiyasından olan deputat Maksad Tolıqbay çıxış edib.
“Biz Rusiya telekanallarının yayımını məhdudlaşdırmalıyıq. Qonşu ölkə üçün təbliğat aparan çoxlu soydaşlarımız var. Buna görə də bəzi bölgələrdə vaxtaşırı millətlərarası problemlər yaranır”, – qazaxıstanlı deputat bildirib.
Tolıqbay övladlarının da rusdilli telekanallara baxmasından və rus təbliğatını qəbul edə biləcəyindən narahatdır. “Ona görə də bizim məkanlarda yayıma görə pul ödəməlidirlər. Diferensiallaşdırılmış məhdudiyyətlər tətbiq etmək lazımdır”, – deyə o təklif edib.
Bundan əvvəl Qazaxıstan Xarici İşlər Nazirliyi açıqlama vermişdi ki, Rusiyanın baş konsulu Yevgeni Bobrov respublikada rusdilli məktəblərin sayının azalmaqda olduğu barədə sözlərindən sonra istefa verib.