Qərb İranı təhdid etsə, Ermənistan hakimiyyətinin hərəkətləri necə olacaq?
“Ermənistan İranın maraqlarına qarşı həssasdır və İran İslam Respublikası da bizim maraqlarımıza həssasdır”.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan İranın dövlət televiziyasına müsahibəsində deyib.
Jurnalistin “kənar düşmənlərdən İran-Ermənistan münasibətlərini necə qorumaq olar?” sualına Paşinyan cavabında deyib ki, biz münasibətlərin təbii maraqlara əsaslanmasına diqqət yetirməliyik.
“Qeyd etdiyiniz kimi, mənfi təsir göstərən amillər var, bu amillər heç kimə sirr deyil, o cümlədən İranla bizim də əlaqələrimiz olan bir sıra Qərb ölkələri arasında mürəkkəb münasibətlər var. Biz İranın bu həssas maraqlarını nəzərə almağa və proseslərimizdə ziddiyyət yaratmamağa çalışırıq”, – o əlavə edib.
Baş nazir Paşinyan hökumətinin qərbyönümlü kimi xarakterizə edilib-edilməməsi və bunun Tehranla münasibətlərə təsir edib-etməməsi ilə bağlı suala cavabında bildirib ki, rəsmi İrəvan hər hansı qərəzlilik təzahürünü istisna edən balanslaşdırılmış xarici siyasət yürüdür.
“İranla əlaqələrimiz çox vacibdir və biz İslam dünyası ilə münasibətlərimizin bundan sonra da dərinləşməsini istəyirik”, – deyən Paşinyan digər münasibətlərdə İran üçün heç bir təhlükə olmadığını bəyan edib.
İranlı jurnalistin “Əgər Qərb dövlətləri İranı təhdid etsələr, Ermənistan hakimiyyətinin hərəkətləri necə olacaq?” sualına Baş nazir belə cavab verib: “Biz demişik ki, Ermənistan İrana qarşı heç bir aksiyada iştirak etməyəcək”.
Yada salaq ki, İran və Ermənistan arasında dövlət sərhədinin Araz çayı boyunca uzunluğu 35 km-dir. Bu, həm Ermənistan, həm də İran üçün ən qısa dövlət sərhədidir. Paşinyanın ikibaşlı vədinə baxmayaraq, yada salaq ki, ABŞ mediasında belə bir iddia yayılmışdı ki, Pentaqon rəsmisi İranın Ermənistan üzərindən vurula biləcəyini demişdi. Hətta mənbə rəsmi Vaşinqtonun amerikalı hərbçilərin Qafan Hava Limanından istifadə etməsi üçün İrəvan hakimiyyəti ilə gizli danışıqlar apardığını da qeyd edirdi.
Onu da qeyd edək ki, Qərbin bir sıra hərbi kəşfiyyatları ilə yanaşı, ABŞ-nin gömrük və sərhəd nəzarəti üzrə mütəxəssislərinin Ermənistana gələcəyi gözlənilirdi.
#Ermənistan teqi istifadə olunub
- Ermənistan bankları rusiyalılara niyə xidmət göstərməkdən imtina edir? - Baku TV CANLI
- Azərbaycan–Ermənistan arasında neft tədarükünün ilk mərhələsi - Baku TV
- Azərbaycandan gedən neft məhsulları Ermənistana çatdı
- Azərbaycan yanacağını Ermənistana çatdıran ilk qatarın görüntüləri - Baku TV
- Ermənistan–ABŞ işçi qrupunun ilk görüşü keçirilib
