Qərbin "istəklilər koalisiyası" ABŞ-siz qalacaq? | Zaxarovadan vacib açıqlama
“NATO-ya üzv dövlətlərin sülhməramlı kontingentinin Ukraynada yerləşdirilməsi ağılsız plandır. Fransa ilə Britaniya bununla bağlı hələ də razılığa gələ bilmirlər”.
Bunu deyən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə planı “avantüra” adlandırıb. Çünki nəticədə NATO-Rusiya toqquşmaları birbaşa xarakter ala bilər.
M.Zaxarova ona da diqqət yetirib ki, Paris və Londonun planına əksər NATO üzvləri müsbət yanaşmayıb. Bu ideyanı bircə Baltikyanı ölkələr dəstəkləyib. M.Zaxarova bunu rusofobiya ilə izah edib.
“İstəklilər koalisiyası”na qatılanlar ABŞ-nin iştirakı olmadan bu hərbi planın uğurlu olacağına inanmırlar. Son bəyanatlara diqqət yetirsək, Ağ Evin bu avantüranın bir hissəsi olmaq istəmədiyini anlamaq olar”, – deyə M.Zaxarova fikrini tamamlayıb.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Hücumlar Rusiyanı qəzəbləndirdi | "Regionu fəlakət gözləyir, ört-basdır etdilər ki..." - Baku TV
- Zaxarova sülh üçün əsas şərtləri açıqladı
- Rusiya və İran xarici işlər nazirləri nələri müzakirə etdilər? - Baku TV CANLI
- Bu sanksiyalar Kreml üçün niyə gözlənilməz oldu?
- Rusiyadan təzminat tələbi Zaxarovanı özündən çıxardı - Baku TV
