Qəzzada əməliyyatlar davam edir | Son sutkada 41 nəfər həlak oldu
2023-ci ilin oktyabrından bəri Qəzza zolağında hərbi əməliyyatlar nəticəsində ölən fələstinlilərin sayı 50 min nəfəri keçib.
Bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
“2023-cü ilin oktyabrından bəri İsrailin təcavüzü səbəbindən həlak olanların sayı 50 021-ə çatıb, daha 113 274 nəfər yaralanıb”, − deyə nazirliyin hesabatında qeyd olunub.
Qəzza Səhiyyə Nazirliyi son 24 saat ərzində bölgədə 41 nəfərin öldüyünü, 61 nəfərin yaralandığını açıqlayıb.
Bu arada, İsrail hərbi qüvvələri Qəzza zolağının cənubunda Rəfah şəhərinin qərbində yerləşən Tell əs-Sultan rayonunu mühasirəyə alıb. Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“Son saatlarda qoşunlar Rəfahdakı Tell əs-Sultanın mühasirəsini tamamlayıblar. Əməliyyatın məqsədi Qəzzanın cənubunda təhlükəsizlik zonasını genişləndirmək üçün bu bölgədəki terror obyektlərini və terrorçuları məhv etməkdir”, ‒ deyə bəyanatda bildirilir.
#Qəzza bölgəsi teqi istifadə olunub
- Qəzzada insanlar "iPhone 17" almaq üçün növbəyə düzüldülər
- ABŞ: "Azərbaycanla Qəzzaya əsgər göndərilməsi barədə danışıqlar pozitiv keçdi"
- İsrail Qəzzaya aparılan yardımın qarşısını alır
- Moskvaya PUA hücumu | Qəzza ilə bağlı yeni ssenari | İrandan Avropaya təklif | YENİ BİR SƏHƏR
- Aclıqla mübarizə aparan Qəzzaya hava yardımı
