Pleyeri seçin:

Qəzzada Şəfa xəstəxanasının altındakı tunel barədə sensasiya yaradan açıqlama

22 noyabr 2023 417 baxış

“Biz "Şəfa" xəstəxanasının altındakı sığınacaqları ən azı 40 il əvvəl tikmişik”.

Bu sensasiyalı etirafı İsrailin keçmiş baş naziri Ehud Barak deyib. İsrail Ordusunun Qəzza şəhərindəki "Şəfa" xəstəxanasını mühasirəyə almasından sonra İsrailin keçmiş baş naziri Ehud Barak etiraf edib ki, xəstəxananın altında tunellər var.

E.Barak xəstəxananın altındakı sığınacaqların İsrail tərəfindən 40-50 il əvvəl tikildiyini bildirib:

“Şəfa" xəstəxanasının nəzdində İsrail inşaatçıları tərəfindən tikilən sığınacaqların olduğu uzun illərdir məlumdur. Bunlar HƏMAS tərəfindən qərargah kimi istifadə olunur və bir neçə tunelin kəsişməsi bu sistemin bir hissəsidir.

Biz xəstəxana şəhərciyinin ərazisində xəstəxana əməliyyatlarına daha çox yer yaratmaq üçün təxminən 40-50 il əvvəl bu sığınacaqların tikintisinə kömək etdik. HƏMAS biz Qəzzanı idarə etdiyimiz zaman illər əvvəl İsrail inşaatçıları tərəfindən tikilmiş sığınacaqlardan istifadə edir”.

Daha əvvəl İsrail Ordusu "Şəfa" xəstəxanasının altında uzun bir tunel aşkar etdiklərini açıqlamışdı. Tunelin videosunu paylaşan ordudan verilən açıqlamada “Əsgərlər xəstəxananın kompleksinin altında 10 metr dərinlikdə, 55 metr uzunluğunda terror tuneli aşkarlayıb" deyilir.

Paylaşılan görüntülərə görə, tunelin sonunda bir adamın arxadan atəş açmasına imkan verən dəlikləri olan partlayışa davamlı qapı var. İsrail Ordusu hələlik qapının arxasında nə olduğu haqda məlumat verməyib.

Ukrayna Luqansk istiqamətində əks-hücuma keçdi? - Baku TV CANLI

Ukrayna Luqansk istiqamətində əks-hücuma keçdi? - Baku TV CANLI

Dünya
16 sentyabr 2026 417 baxış
"İstəyirlər qalsınlar, istəyirlər getsinlər" | Alen Simonyan

"İstəyirlər qalsınlar, istəyirlər getsinlər" | Alen Simonyan

Dünya
16 sentyabr 2026 417 baxış
Ev tapşırığı yoxdur, təhsil pulsuzdur | Çoxlarının arzusunda olan bu ölkədə həyat necədir?

Ev tapşırığı yoxdur, təhsil pulsuzdur | Çoxlarının arzusunda olan bu ölkədə həyat necədir?

Dünya
16 sentyabr 2026 417 baxış
Ölkənin bir neft emalı zavoduna hər 3 gündən bir zərbə endirilir

Ölkənin bir neft emalı zavoduna hər 3 gündən bir zərbə endirilir

Dünya
16 sentyabr 2026 417 baxış
Hökumətlər yeni mənbələr axtarışındadır

Hökumətlər yeni mənbələr axtarışındadır

Dünya
16 sentyabr 2026 417 baxış
Avropanın üç ölkəsində keçirilən sorğudan diqqətçəkən nəticələr - Baku TV CANLI

Avropanın üç ölkəsində keçirilən sorğudan diqqətçəkən nəticələr - Baku TV CANLI

Dünya
16 sentyabr 2026 417 baxış
Sensasiya: Zelenskinin təyyarəsinə iki dəfə hücum cəhdi olub? - Baku TV CANLI

Sensasiya: Zelenskinin təyyarəsinə iki dəfə hücum cəhdi olub? - Baku TV CANLI

Dünya
16 sentyabr 2026 417 baxış
Şengen zonasına daxil olan 9 ölkə biometrik məlumatların toplanmasını hələlik tətbiq etməyəcək

Şengen zonasına daxil olan 9 ölkə biometrik məlumatların toplanmasını hələlik tətbiq etməyəcək

Dünya
16 sentyabr 2026 417 baxış
Alimlər Günəş sisteminin uzaq sərhədlərində 27 yeni kosmik obyekt müəyyən ediblər

Alimlər Günəş sisteminin uzaq sərhədlərində 27 yeni kosmik obyekt müəyyən ediblər

Dünya
16 sentyabr 2026 417 baxış
Alimlər Ay missiyalarının qarşısındakı əsas təhlükəni və mümkün maneələri açıqlayıblar

Alimlər Ay missiyalarının qarşısındakı əsas təhlükəni və mümkün maneələri açıqlayıblar

Dünya
16 sentyabr 2026 417 baxış
Seçilmişlər
icon