Pleyeri seçin:
Qəzzada yaşamaq uğrunda mübarizə gedir | Zərərçəkənlər fəryad etdi
Qəzzada vəziyyət gərgin olaraq qalmaqdadır.
“Reuters”in məlumatına görə İsrailin yardım məntəqəsinin yaxınlığını atəşə tutmasından sonra çox sayda yaralı var. “Əl-Şifa” xəstəxanasında onları həyatda saxlamağa çalışırlar.
“Ordu bizi həmin rayona buraxdı ki, orada yardım var. Biz keçəndən sonra qəfil atəş açmağa başladılar. Yerə uzanıb sürünməli olduq. Adama elə gəlirdi ki, qiyamət günüdür. Ayağımdan yaralandım, məni xəstəxanaya gətirdilər”, ‒ zərərçəkən Osama Hilles söyləyib.
Qeyd edək ki, bəhs olunan atışma iyunun 10-da baş tutub. Nəticədə, 36 nəfər ölüb, 208 sakin yaralanıb.
Kopyalandı
#Qəzza zolağı teqi istifadə olunub
- Yaxın Şərqdə vəziyyət gərginləşir | Anklav yenidən hədəfdə - Baku TV CANLI
- İsrailin müdafiə naziri Qəzza ilə bağlı yeni açıqlama verib
- İsrail Qəzzadan nəyə görə çıxmır? | Netanyahudan açıqlama - Baku TV
- İsrail 15 bəndlik planı qəbul edəcək? | "İlk dəfədir ki, söz verirlər, amma..." - Baku TV
- “Nuxba” bölməsinin 4 komandiri öldürülüb
