Pleyeri seçin:

Qlobal ərzaq qi̇ymətləri̇ 12 aydır düşür

10 aprel 2023 445 baxış

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının açıqladığı qlobal ərzaq qiymətləri indeksində ardıcıl 12 aydır ki, enmə müşahidə olunur. Bu göstəricilər əvvəlki ayla müqayisədə mart ayında aylıq 2,15 faiz, son bir il ərzində isə 20,5 faiz azalıb.

Qeyd edək ki, ərzaq qiymətləri indeksi ərzaq malları səbətinin beynəlxalq qiymətlərində aylıq dəyişikliyin ölçüsüdür.

"Mart ayında indeksin azalmasına dənli bitkilərin, bitki yağı və süd məhsullarının qiymət indekslərindəki geriləmə səbəb olub. Şəkər və ətin qiymətlərində isə artım qeydə alınıb", - deyə Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından bildirilib.

Fevralla müqayisədə mart ayında taxıl qiymətlərinin indeksi 5,6 faiz, buğdanın dünya qiymətləri isə 7,1 faiz aşağı düşüb. Bunun əsasında Avstraliyadakı yüksək məhsuldarlıq, Avropa İttifaqında məhsulla bağlı vəziyyətin yaxşılaşması, Rusiyadan tədarükün böyük həcmi və Ukraynanın öz Qara dəniz limanlarında ixracı davam etdirməsi kimi amillər dayanır.

Qarğıdalının dünya qiymətlərində müşahidə edilən 4,6 faiz azalma isə Braziliyada rekord həcmdə məhsuldarlığın gözlənilməsi ilə bağlıdır. Düyünün indeksi də aşağı düşüb: 3,2 faiz. Burada Hindistan, Vyetnam və Tailand daxil olmaqla əsas ixracatçı ölkələrdə davam edən və gözlənilən məhsul yığımı əsas rol oynayır.

Türkiyə Prezidentindən diplomatiya çağırışı | Tərəflər məntiqli addımlar atacaqlar? - Baku TV CANLI

Türkiyə Prezidentindən diplomatiya çağırışı | Tərəflər məntiqli addımlar atacaqlar? - Baku TV CANLI

Dünya
12 avqust 2026 445 baxış
Tramp Tehrana etibar etmədiyini açıqladı | İrandan cavab reaksiyası gözlənilir - Baku TV CANLI

Tramp Tehrana etibar etmədiyini açıqladı | İrandan cavab reaksiyası gözlənilir - Baku TV CANLI

Dünya
12 avqust 2026 445 baxış
Ukrayna kəşfiyyatı Rusiya daxili sənədlərini ələ keçirdi - Baku TV CANLI

Ukrayna kəşfiyyatı Rusiya daxili sənədlərini ələ keçirdi - Baku TV CANLI

Dünya
12 avqust 2026 445 baxış
Kiyev Patriot raketləri üçün ABŞ lisenziyasına ümid edir - Baku TV CANLI

Kiyev Patriot raketləri üçün ABŞ lisenziyasına ümid edir - Baku TV CANLI

Dünya
12 avqust 2026 445 baxış
Tədbirə 11 mindən çox iştirakçı qatılıb

Tədbirə 11 mindən çox iştirakçı qatılıb

Dünya
12 avqust 2026 445 baxış
Novorossiysk şəhəri kütləvi PUA hücumuna məruz qaldı - Baku TV CANLI

Novorossiysk şəhəri kütləvi PUA hücumuna məruz qaldı - Baku TV CANLI

Dünya
12 avqust 2026 445 baxış
Quyçjou əyalətində minlərlə ortanca çiçəyi açıb

Quyçjou əyalətində minlərlə ortanca çiçəyi açıb

Dünya
12 avqust 2026 445 baxış
Astronavtlar robot köməkçi ilə əməkdaşlıq edirlər

Astronavtlar robot köməkçi ilə əməkdaşlıq edirlər

Dünya
12 avqust 2026 445 baxış
Qitə tam Günəş tutulmasına hazırlaşır

Qitə tam Günəş tutulmasına hazırlaşır

Dünya
12 avqust 2026 445 baxış
Oman körfəzində ABŞ helikopteri ilə bağlı insident yaşandı - Baku TV

Oman körfəzində ABŞ helikopteri ilə bağlı insident yaşandı - Baku TV

Dünya
12 avqust 2026 445 baxış
Seçilmişlər
icon