Qorxmurdum, amma yoldaşımı görəndə... | Kurskdakı sakinlər yaşadıqlarını danışdı
Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinə hücumu fonunda ərazidən insanların təxliyəsi davam edir.
Son 10 gündə sözügedən ərazidən 121 000, hər gün isə 650 insan yaxın rayon və kəndlərə köçürülür.
Yerli medianın məlumatına görə, Kurskda vəziyyət stabilləşənə qədər sakinlər yerləşdirildikləri məkanlarda müvəqqəti yaşamalı olacaqlar.
Qaynar nöqtədən sağ çıxan sakin Kurskdakı dəhşəti belə xatırlayır:
“Mən qəlpə yarası aldım. O qədər qan itirmişdim ki, ağ rəngli şalvarım tamamilə qırmızı rəngə boyanmışdı. Mən qorxmurdum, amma yoldaşım bu halımı görəndə çox həyəcanlandım”.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri avqustun 6-dan etibarən Rusiya ərazisinə davamlı hücumlar təşkil edir. Nəticədə minlərlə insan təxliyə olunub, 3 şəhərdə fövqəladə vəziyyət elan edilib.