"Buna son qoyun!" - Nyu-York və Təl-Əviv etirazlarla silkələnir
İsrail Quru Qoşunları Qəzza zolağı boyunca xeyli irəliləyib.
Bu barədə məlumat “The Times of Israel”də paylaşılıb.
Ağır artilleriya Qəzza zolağının şimalında yerləşən Beyt-Lahiya ərazisi boyunca hərəkətdədir.
HƏMAS İsrailin endirdiyi aviazərbələr nəticəsində 50 fələstinlinin həlak olduğunu bildirib.
İsrail Müdafiə Qüvvələri də mövcud durumu şərh edib:
“Biz mülki şəxsləri hədəf almaq istəmirik. Əhaliyə də xəbərdarlıq olunub ki, Qəzza zolağını tərk etsinlər. HƏMAS yaraqlıları mülki əhalidən qalxan kimi istifadə edir, məktəb, xəstəxana və məscidlərdə gizlənirlər”.
Qeyd edək ki, ən çox dağıntı və insan tələfatı Qəzza zolağında yerləşən Cəbəliyyədə qeydə alınıb. Amma hər iki tərəf üçün ən aktual məsələ əsirlərin və girovların nə zaman öz vətənlərinə geri qaytarılması olaraq qalır. Buna görə də “Müharibəyə son qoyun” şüarı ilə aksiyalar keçirilir.
Son belə nümayişlər Nyu-York və Təl-Əvivdə baş tutub. Amerika sakinləri Fələstinə dəstək nümayiş etdirib, israillilər isə HƏMAS-ın girov saxladığı həmyerlilərinin azad olunmasını tələb ediblər.
#İsrail Müdafiə Qüvvələri teqi istifadə olunub
- İsrail Ordusu Qəzzaya zərbələr endirməyə davam edir
- İsrailin keçirdiyi əməliyyatın məqsədi | Saxlanılan şəxslər kimlərdir?
- İsrail İranda bu obyektləri darmadağın etdi | Hərbi əməliyyatların pərdəarxası
- İsrailə aid bütün hədəflər...| Savaş qızışdı, İran yeni hücumlara başladı
- 450 raket və yüzlərlə dronla... | İsrailli generaldan hücumlarla bağlı təcili açıqlama
