Pleyeri seçin:

"Hamımız qorxurduq, tir-tir əsirdik" | Real həyatın cəhənnəmə çevrildiyi ərazi - Baku TV

14 may 2026 16 baxış

Mayın 14-də gecə saatlarından başlayaraq səhərə qədər Ukraynanın paytaxtı Kiyev yenidən kütləvi raket və dron hücumlarına məruz qalıb. Hücumlar nəticəsində şəhərin əsasən sol sahil hissəsində, xüsusilə Darnitski rayonunda ciddi dağıntılar qeydə alınıb, ərazidəki yaşayış və iaşə obyektlərinə ciddi ziyan dəyib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından Baku TV-nin Şərqi Avropa bürosuna verilən məlumata görə, Rusiya Ordusu tərəfindən ölkə ərazisinə ümumilikdə 678 dron və 56 müxtəliftipli ballistik raket buraxılıb. Hücumların əsas hədəfi Kiyev olsa da, Odessa, Xarkov, Sumı və Dnepropetrovsk vilayətləri də kütləvi atəşə tutulub. Son bir sutka ərzində ölkə üzrə həlak olanların sayının 10 nəfər olduğu, 100-dən çox şəxsin isə yaralandığı bildirilir.

Dəhşətli gecəni kiyevli sakinlərdən biri belə təsvir edib:

“Gecə saat 02:00 radələrində atəş açmağa başladılar. Heç birimiz yatmamışdıq, hamı həyəcan və qorxu içində idi. Təhlükə anında adətən böyük dəhlizimizə sığınırıq. Birdən elə bir gurultu qopdu ki, az qaldı yıxılaq. Baş verənlərdən şokdayıq. Bu, özbaşınalıqdır”.

Ukrayna rəhbərliyi yaxın günlərdə belə hücumların təkrar olacağı ilə bağlı əhalini xəbərdar edib. Qeyd edək ki, mayın 8-dən 11-nə qədər Rusiya-Ukrayna arasında atəşkəs elan olunmuşdu.

Kopyalandı
Pekində güc nümayişi: Tramp masadan zəif qalxdı, Si Cinpin qalib çıxdı? - AKTUAL GÜNDƏM

Pekində güc nümayişi: Tramp masadan zəif qalxdı, Si Cinpin qalib çıxdı? - AKTUAL GÜNDƏM

Dünya
14 may 2026 16 baxış
Köçəryanın blokunun üzvləri rüşvət ittihamı ilə saxlanıldı

Köçəryanın blokunun üzvləri rüşvət ittihamı ilə saxlanıldı

Dünya
14 may 2026 16 baxış
"Məsələlərin hərb yolu ilə həlli yoxdur" | Əraqçi Hindistanda nələrə toxundu? - ANA XƏBƏR

"Məsələlərin hərb yolu ilə həlli yoxdur" | Əraqçi Hindistanda nələrə toxundu? - ANA XƏBƏR

Dünya
14 may 2026 16 baxış
ABŞ və Çin liderlərinin salamlaşma anında hansı mesaj verildi?

ABŞ və Çin liderlərinin salamlaşma anında hansı mesaj verildi?

Dünya
14 may 2026 16 baxış
ABŞ və Çin Hörmüzün statusunda razılaşdı: İranı nə gözləyir? - AKTUAL GÜNDƏM

ABŞ və Çin Hörmüzün statusunda razılaşdı: İranı nə gözləyir? - AKTUAL GÜNDƏM

Dünya
14 may 2026 16 baxış
Rusiya Donbasla bağlı məqsədinə çata bilmir?

Rusiya Donbasla bağlı məqsədinə çata bilmir?

Dünya
14 may 2026 16 baxış
Qazaxıstan-Türkiyə münasibətlərinin inkişafına təkan verəcək hadisə

Qazaxıstan-Türkiyə münasibətlərinin inkişafına təkan verəcək hadisə

Dünya
14 may 2026 16 baxış
“1560-dan çox dron və 56 raket atdılar” | Zelenski Rusiyanın zərbəsindən danışdı

“1560-dan çox dron və 56 raket atdılar” | Zelenski Rusiyanın zərbəsindən danışdı

Dünya
14 may 2026 16 baxış
Mahnı yarışması, yoxsa...? - Qalmaqalın bitmədiyi "Avroviziya"da nə baş verir? - Baku TV

Mahnı yarışması, yoxsa...? - Qalmaqalın bitmədiyi "Avroviziya"da nə baş verir? - Baku TV

Dünya
14 may 2026 16 baxış
Rusiya-Ukrayna müharibəsi bu il başa çatacaq? - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsi bu il başa çatacaq? - Baku TV CANLI

Dünya
14 may 2026 16 baxış
Seçilmişlər
icon