Pleyeri seçin:

Rubio İranla razılaşmanın bağlanması yolundakı çətinliklərdən danışdı

17 fevral 2026 217 baxış

ABŞ İranla diplomatik yolla razılığa gəlmək istəyir.

Bu barədə ABŞ dövlət katibi Marko Rubio Budapeştdə Macarıstanın Baş naziri Viktor Orbanla birgə mətbuat konfransında bildirib.

"Düşünürəm ki, bizi narahat edən məsələləri diplomatik yolla nəzərə alan İranla razılığa gəlmək imkanı var", – deyə o vurğulayıb.

Marko Rubio Tehranla razılığa gəlməyin asan olmayacağını deyib.

"İranla razılığa gəlmək çətindir. Biz həmişə bunun çətin olduğunu demişik, amma çalışacağıq. Vaşinqton buna nail olmaq üçün bütün səylərini göstərəcək. Danışıqlar aparanlarımız hazırda ora gedirlər. Görüşlər keçirəcəklər. Görəcəyik nə olacaq. Ümid edirik ki, razılaşma əldə olunacaq", – deyə dövlət katibi əlavə edib.

Qeyd edək ki, fevralın 6-da Omanda İran-ABŞ danışıqlarının ilk raundu keçirilib. Danışıqların növbəti raundu fevralın 17-də Cenevrədə keçiriləcək.

Bu arada, Avropa İttifaqı İran və ABŞ arasında Cenevrədə danışıqların aparılması perspektivini nizamlanma üçün yeganə mümkün yol kimi müsbət qarşılayıb. Bu barədə Aİ diplomatiyasının rəhbəri Kaya Kallasın rəsmi nümayəndəsi Ənvər Əl-Anuni bildirib.

"Biz, Avropa İttifaqı olaraq əminik ki, diplomatiyaya şans verilməsi vacibdir. Üstəlik, bu məsələnin etibarlı həlli yalnız diplomatik yolla tapıla bilər", – o Brüsseldə keçirilən brifinqdə deyib.

Ənvər Əl-Anuni qeyd edib ki, hərbi eskalasiya regional sabitlik üçün çox ağır nəticələrə yol aça bilər və İran üçün beynəlxalq ictimaiyyətin narahatlıqlarına, xüsusən də nüvə məsələsinə dair cavab vermək istəyinin nümayiş etdirməsinin tam vaxtıdır.

"Öz növbəmizdə, biz Yaxın Şərqdə sülhə, təhlükəsizliyə və sabitliyə sadiqik və bir daha xatırladırıq ki, əsas məsələ bütün tərəflərin beynəlxalq hüquqa hörmət etməsi, təmkinlilik nümayiş etdirməsi və regionda yeni eskalasiyaya səbəb ola biləcək hər hansı addımdan çəkinməsidir", – deyə o bildirib.

Kopyalandı
Tramp Tehrandan qeyd-şərtsiz kapitulyasiya tələb edib

Tramp Tehrandan qeyd-şərtsiz kapitulyasiya tələb edib

Dünya
06 mart 2026 217 baxış
ABŞ və İsraillə hərbi gərginlik İrana baha başa gələcək? - Baku TV

ABŞ və İsraillə hərbi gərginlik İrana baha başa gələcək? - Baku TV

Dünya
06 mart 2026 217 baxış
İsraildən növbəti dəhşətli hava hücumundan anbaan video - Baku TV

İsraildən növbəti dəhşətli hava hücumundan anbaan video - Baku TV

Dünya
06 mart 2026 217 baxış
Trampdan İranla bağlı qalmaqallı açıqlama - ANA XƏBƏR

Trampdan İranla bağlı qalmaqallı açıqlama - ANA XƏBƏR

Dünya
06 mart 2026 217 baxış
İsrail Ordusu Xameneinin bunkerinin məhv edildiyini elan edib - Baku TV

İsrail Ordusu Xameneinin bunkerinin məhv edildiyini elan edib - Baku TV

Dünya
06 mart 2026 217 baxış
SEPAH Hörmüz boğazında neft tankerinə zərbə endirdi

SEPAH Hörmüz boğazında neft tankerinə zərbə endirdi

Dünya
06 mart 2026 217 baxış
Ceyhun Bayramovdan həmyerlilərimizin təxliyəsi ilə bağlı önəmli açıqlama - Baku TV CANLI

Ceyhun Bayramovdan həmyerlilərimizin təxliyəsi ilə bağlı önəmli açıqlama - Baku TV CANLI

Dünya
06 mart 2026 217 baxış
İranın Naxçıvana hücumundan sonra kritik qərar verildi - Baku TV CANLI

İranın Naxçıvana hücumundan sonra kritik qərar verildi - Baku TV CANLI

Dünya
06 mart 2026 217 baxış
İrana qarşı əməliyyat bitdikdən sonra Kubanı nə gözləyir? – Tramp açıqladı

İrana qarşı əməliyyat bitdikdən sonra Kubanı nə gözləyir? – Tramp açıqladı

Dünya
06 mart 2026 217 baxış
ABŞ İrana qarşı əməliyyatda “Shahed” dronunun analoqundan istifadə edir

ABŞ İrana qarşı əməliyyatda “Shahed” dronunun analoqundan istifadə edir

Dünya
06 mart 2026 217 baxış
Seçilmişlər
icon