Pleyeri seçin:

Rusiya Kiyevə raket yağdırdı | Dəhşətli hücumun detalları

01 avqust 2025 243 baxış

“Rusiya Ordusu iyulun 31-də Kiyevə 8 “İskəndər-K” raketi atıb. Qanadlı raketlərdən üçü vurulub”.

Bunu Ukrayna Silahlı Qüvvələrinin idarə rəisi Yuri İqnat deyib.

“Bütün raketlərin təhlükəli olduğunu anlamaq lazımdır. Elə raketlər var ki, onların zərərsizləşdirilməsi asan, bəzilərini isə vurmaq çətindir. Kiyevə “İskəndər-K” qanadlı raketləri ilə zərbələr endirilib. Rusiyanın istifadə etdiyi digər populyar raketlər “X-101” və “Kalibr”dir. Bənzər səviyyəli raketlərdir, amma vurulma effektivlikləri fərqlidir. “X-101” və “Kalibr”lər daha çox zərərsizləşdirilir. “İskəndər-K”nı isə məhv etmək asan olmur. Həm də bu qanadlı raket “İskəndər-M” ballistik raketi qədər təhlükəlidir.

“İskəndər-K”lar daha çox Kursk istiqamətindən buraxılır, o vilayət isə Kiyevdən elə də uzaqda yerləşmir. Yəni raketin müəyyənləşdirilməsi və zərərsizləşdirilməsinə çox vaxt qalmır”, ‒ deyə Y.İqnat 5 raketin vurulmamasının səbəblərini izah edib.

Onun sözlərinə görə, son sutkada Rusiyaya aid 290 PUA zərərsizləşdirilib. Rusiyanın reaktiv “Şahed” dronlarından istifadə etdiyi də ehtimal olunur. Reaktiv dronlar qanadlı raket kimidir, çünki saatda 500 kilometr sürət yığa bilirlər.

Qeyd edək ki, iyulun 31-də Rusiyanın Kiyevə hücumları nəticəsində 8 nəfər ölüb, 124 sakin xəsarət alıb.

Silahlı insidentin görünməyən qəhrəmanı

Silahlı insidentin görünməyən qəhrəmanı

Dünya
15 dekabr 2025 243 baxış
Ukraynanın müttəfiqləri onu tək qoyub?

Ukraynanın müttəfiqləri onu tək qoyub?

Dünya
15 dekabr 2025 243 baxış
Rusiyada korrupsiyaya yaşıl işıq

Rusiyada korrupsiyaya yaşıl işıq

Dünya
15 dekabr 2025 243 baxış
Avropa üçün kritik günlər başlayır? | Orbandan açıqlama

Avropa üçün kritik günlər başlayır? | Orbandan açıqlama

Dünya
15 dekabr 2025 243 baxış
Ukrayna hansı şərtlə NATO-ya üzv olmaq istəyindən əl çəkəcək? - Baku TV CANLI

Ukrayna hansı şərtlə NATO-ya üzv olmaq istəyindən əl çəkəcək? - Baku TV CANLI

Dünya
15 dekabr 2025 243 baxış
Sidneydə baş verən terrordan sonra hökumət yeni qərarlar qəbul edir

Sidneydə baş verən terrordan sonra hökumət yeni qərarlar qəbul edir

Dünya
15 dekabr 2025 243 baxış
Himalay dağlarında unudulan nüvə generatoru

Himalay dağlarında unudulan nüvə generatoru

Dünya
15 dekabr 2025 243 baxış
Ruslar Əsma Əsədi sağaltdı

Ruslar Əsma Əsədi sağaltdı

Dünya
15 dekabr 2025 243 baxış
Siyarto: Aİ liderləri Avropanı Rusiya ilə müharibəyə sürükləmək istəyirlər

Siyarto: Aİ liderləri Avropanı Rusiya ilə müharibəyə sürükləmək istəyirlər

Dünya
15 dekabr 2025 243 baxış
ABŞ-Ukrayna danışıqlarında gözlənilməz iştirakçı: Nə baş verir? - Baku TV CANLI

ABŞ-Ukrayna danışıqlarında gözlənilməz iştirakçı: Nə baş verir? - Baku TV CANLI

Dünya
15 dekabr 2025 243 baxış
Seçilmişlər
icon