Rusiya Sakit okean donanmasını əhəmiyyətli dərəcədə modernləşdirib | Pentaqon
Pentaqon Rusiya, Çin və Koreya Xalq Demokratik Respublikası arasında artan hərbi-texniki əməkdaşlığın Asiya-Sakit okean regionunda vəziyyəti çətinləşdirdiyini və ABŞ-nin təhlükəsizliyini təhdid etdiyini hesab edir.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okean Komandanlığının rəhbəri Samuel Paparo bildirib.
“Çin, Rusiya və Şimali Koreya arasında artan hərbi əməkdaşlıq Hind-Sakit Okean regionunda təhlükəsizlik problemlərini şiddətləndirmək və gücləndirmək, təhlükəsizliyi zəiflətmək, gərginliyi artırmaq və regionda mübahisələri dərinləşdirməklə təhdid edir”, ‒ deyə o bildirib.
S.Paparo həmçinin qeyd edib ki, Rusiya 2021-ci ildən bəri Sakit Okean Donanmasını əhəmiyyətli dərəcədə modernləşdirib, sualtı qayıqların sayını artırıb və Berinq dənizindəki əməliyyatlarının coğrafiyasını genişləndirib.
#Rusiya teqi istifadə olunub
- Ermənistan bankları rusiyalılara niyə xidmət göstərməkdən imtina edir? - Baku TV CANLI
- Layihə ABŞ ilə Rusiyanın yaxınlaşmasında mühüm rol oynaya bilər
- Viktor Orban Avropa ölkələrinə xəbərdarlıq edib
- Rusiya prezidentinə göndərilən qeyri-adi hədiyyə gündəm oldu - Baku TV
- Məktəbdə qan tökən 9-cu sinif şagirdi barədə təcili xəbər
