Rusiya üçün ən çətin dövr başlayır! - Trampdan Putinə gözlənilməz zərbə
Yeniliklərdən dərhal xəbərdar olun
“ABŞ Rusiyaya qarşı yeni sanksiyalar paketini tərtib edib və Konqreslə Ağ Ev bu məhdudiyyətləri təsdiqləməyə hazırdır”.
Bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Kit Kelloq “Fox News”a müsahibəsində deyib.
Layihə “Rusiyaya qarşı 2025-ci il sanksiyaları haqqında qanun” adlanır.
“Gömrük rüsumları 500 faizə çatdırılacaq. Rusiya neft-qaz ölkəsidir, gəlirlərinin çoxu da bu sahəyə aiddir. Buna görə də Vaşinqtonun sanksiyaları bu sahəni əhatə edəcək”, – deyə K.Kelloq bildirib.
Bu məhdudiyyətlər “cəhənnəm sanksiyaları” da adlandırılır.
Ekspert Fred Fleyts bildirib ki, Donald Tramp taraz siyasət həyata keçirir və Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün bütün mümkün variantlara əl atıb. Amma bu gedişlə D.Tramp danışıqlardan imtina edəcək və Kreml daha sərt sanksiyalarla üz-üzə qalacaq.
#ABŞ teqi istifadə olunub
- Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI
- ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM
- Zəngəzur dəhlizi risk altındadır
- “Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV
- İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV
