Pleyeri seçin:

Rusiya-Ukrayna müharibəsində azyaşlılar oğurlanıb?

16 fevral 2024 365 baxış

Rusiya-Ukrayna müharibəsində ən həssas əraziyə çevrilən Xerson son vaxtlar yenidən təhlükə altındadır.

Vilayətin 9 aylıq mübarizədən sonra 2022-ci ilin noyabrında geri qaytarılan Dneprin sağ sahilindəki hissəsi kəskin hücumlarla üz-üzədir.

Xerson hərbi administrasiyasının rəhbəri Oleksandr Prokudin hazırkı vəziyyətlə bağlı Baku TV-nin Şərqi Avropa bürosuna açıqlama verib.

O bildirib ki, Xerson vilayəti hər gün düşmən ordusunun atəşi altındadır, vəziyyət çox gərgindir:

“Ərazinin cəmi 30 faizi işğaldan azad edilib, 70 faizi isə hələ də düşmən tərəfindən zəbt olunub. Bu, təxminən 1600 mərmi mənasına gəlir. Bu, yalnız işğaldan azad edilmiş ərazilərə aiddir. Hazırda 49 ərazi icmasından 17-si işğaldan azad edilib.

Mövcud vəziyyəti nəzərə alsaq, indi təkcə 27 mindən çox obyekt ya dağılmış, ya da zədələnmiş vəziyyətdədir. Sol sahildə, hazırda işğal altında olan ərazinin 70 faizində nə olacağını təsəvvür etmək belə çətindir”.

“Vilayətimizin mindən çox əhalisi hələ də itkin düşmüş sayılır. Yəni onların harada olduğu məlum deyil. Şahidlərin sözlərinə görə, onların bəziləri girovluqdadır. Daha əvvəl fiziki imkanları məhdud uşaqlar Rusiya ərazisinə aparılıb. İndi biz beynəlxalq təşkilatlarla birlikdə yavaş-yavaş onları ailələrinə sağ-salamat geri qaytarmağa çalışırıq. Onlar mindən çox uşağı Rusiyaya aparıblar. Bunlar əsasən ailəsiz aparılan uşaqlardır”, – o əlavə edib.

Qeyd edək ki, Xersonda Dnepr çayının hər iki sahilindən tərəflər arasında artilleriya atışmaları şiddətlənib. 

Banner
Tehran Vaşinqtonla danışıqlara etimadsızlığını ifadə edir

Tehran Vaşinqtonla danışıqlara etimadsızlığını ifadə edir

Dünya
04 noyabr 2026 365 baxış
Seçkilərin nəticələri Trampın xarici siyasətinə necə təsir edəcək? - Baku TV

Seçkilərin nəticələri Trampın xarici siyasətinə necə təsir edəcək? - Baku TV

Dünya
04 noyabr 2026 365 baxış
Əl-Əlimi SEPAH-ı husilərin hərbi imkanlarını gücləndirməkdə günahlandırıb

Əl-Əlimi SEPAH-ı husilərin hərbi imkanlarını gücləndirməkdə günahlandırıb

Dünya
04 noyabr 2026 365 baxış
Suriyada terror aktı planlaşdırmaqda şübhəli bilinən silahlılar saxlanılıb

Suriyada terror aktı planlaşdırmaqda şübhəli bilinən silahlılar saxlanılıb

Dünya
04 noyabr 2026 365 baxış
Ruandalı uşaqlar rus mahnıları ilə sosial şəbəkələrdə tanınıblar

Ruandalı uşaqlar rus mahnıları ilə sosial şəbəkələrdə tanınıblar

Dünya
04 noyabr 2026 365 baxış
Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir

Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir

Dünya
04 noyabr 2026 365 baxış
Seçkilərdə 60 milyona yaxın insanın səs verəcəyi proqnozlaşdırılır

Seçkilərdə 60 milyona yaxın insanın səs verəcəyi proqnozlaşdırılır

Dünya
04 noyabr 2026 365 baxış
ABŞ-nin İranın strateji adasına zərbə endirdiyi bildirilir

ABŞ-nin İranın strateji adasına zərbə endirdiyi bildirilir

Dünya
04 noyabr 2026 365 baxış
Fon der Lyayen qalıq yanacaqlardan asılılığın iqtisadi risklərindən danışıb

Fon der Lyayen qalıq yanacaqlardan asılılığın iqtisadi risklərindən danışıb

Dünya
04 noyabr 2026 365 baxış
Peyklərin buraxılışı layihənin yeni mərhələsi kimi təqdim olunur

Peyklərin buraxılışı layihənin yeni mərhələsi kimi təqdim olunur

Dünya
04 noyabr 2026 365 baxış
Seçilmişlər
icon