Dünya
Pleyeri seçin:
Rusiya-Ukrayna müharibəsində gərgin vəziyyət |Belqorod atəşə tutuldu
Rusiya Hərbi Hava Qüvvələri Mirqorod aerodromunda ölkəyə hücum etməyə hazırlaşan Ukraynaya məxsus beş ədəd “Su-27” təyyarəsini məhv edib, ikisini isə zədələyib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əməliyyat zamanı “İskəndər-M” tipli raketlərdən istifadə olunub.
Nazirlikdən verilən məlumata görə, gecə ərzində Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri Bryansk və Belqorod səmasında 8, Krım üzərində isə 3 PUA-nı məhv edib.
Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçan aparatlarının Belqorod vilayətinə hücumu nəticəsində 3 mülki şəxs yaralanıb, yaşayış evlərinə və avtomobillərə ziyan dəyib. Bundan başqa, o da qeyd olunub ki, Ukrayna tərəfi müharibədə son sutka ərzində 800-dən çox hərbçisini itirib.
Kopyalandı
Seçilmişlər