Pleyeri seçin:

Rusiya Ukraynanın paytaxtına kütləvi dron və raket hücumu etdi

09 yanvar 2026 132 baxış

Rusiya Ordusu yanvarın 8-dən 9-na keçən gecə Ukraynanın paytaxtı Kiyev də daxil olmaqla, ölkənin bir çox şəhərlərinə yenidən kütləvi dron və raket hücumları edib.

Hücum nəticəsində xəsarət alanların sayı 25 nəfərə çatıb.

"Rusiyanın bu gün Kiyevə hücumu nəticəsində 4 nəfər həlak olub, daha 25 nəfər yaralanıb. Yaralılar arasında tibb işçiləri, xilasedicilər və bir polis əməkdaşı var", – deyə məlumatda qeyd olunur.

Hücum nəticəsində 19 çoxmənzilli bina, bir səfirlik binası, tramvay deposu, avtomobillər, supermarket və yanacaqdoldurma məntəqəsi zədələnib.

Ardıcıl hücumlar zamanı kömək göstərmək üçün hadisə yerinə gedən bir tibb işçisi həlak olub, bir neçəsi yaralanıb. Eyni zamanda Dnepr rayonunda üçmərtəbəli yaşayış binasına dron zərbəsi endirilib və yanğın baş verib. Sakinlər binadan təxliyə edilib.

Kütləvi hava hücumları nəticəsində Ukraynanın paytaxtında ciddi humanitar böhran yaranıb, zərbələrin ardınca paytaxtın əksər rayonlarında elektrik enerjisi və suyun verilişi dayanıb.

Bununla yanaşı, artıq iki həftədir Ukrayna paytaxtında fasiləsiz qar yağıntısı və mənfi 10 dərəcəyə qədər şaxta müşahidə olunur.

ABŞ Tayvanı niyə Çindən ayırmaq istəyir? - Baku TV CANLI

ABŞ Tayvanı niyə Çindən ayırmaq istəyir? - Baku TV CANLI

Dünya
14 fevral 2026 132 baxış
Aİ Şurasının Prezidenti Ukraynaya niyə gedir? - Baku TV CANLI

Aİ Şurasının Prezidenti Ukraynaya niyə gedir? - Baku TV CANLI

Dünya
14 fevral 2026 132 baxış
Zelenski tərəfdaşlıq etdiyi ölkələrə çağırış etdi

Zelenski tərəfdaşlıq etdiyi ölkələrə çağırış etdi

Dünya
14 fevral 2026 132 baxış
Tramp növbəti dəfə belə rəqs etdi

Tramp növbəti dəfə belə rəqs etdi

Dünya
14 fevral 2026 132 baxış
Alimlərdən həyəcan təbili: 30 ilə yox ola bilər

Alimlərdən həyəcan təbili: 30 ilə yox ola bilər

Dünya
14 fevral 2026 132 baxış
Aİ yeni strategiyaya hazırlaşır?

Aİ yeni strategiyaya hazırlaşır?

Dünya
14 fevral 2026 132 baxış
Ercan hava limanı üzərindən təxliyə ssenarisi | Hərbi siqnal, yoxsa...?

Ercan hava limanı üzərindən təxliyə ssenarisi | Hərbi siqnal, yoxsa...?

Dünya
14 fevral 2026 132 baxış
Turistin axtarışları 3 saat davam etdi | İtaliyada qorxulu anlar

Turistin axtarışları 3 saat davam etdi | İtaliyada qorxulu anlar

Dünya
14 fevral 2026 132 baxış
Fransada əbədi məşəlin yandırılması zamanı insident baş verdi

Fransada əbədi məşəlin yandırılması zamanı insident baş verdi

Dünya
14 fevral 2026 132 baxış
İsveçin Baş nazirindən köhnə qitənin ölkələrinə çağırış

İsveçin Baş nazirindən köhnə qitənin ölkələrinə çağırış

Dünya
14 fevral 2026 132 baxış
Seçilmişlər
icon