Rusiya və ABŞ arasında gizli anlaşma dövrü başlayır?
“Rusiya ABŞ ilə dialoqun bərpasına açıqdır, lakin yalnız bəyanatlara deyil, konkret addımlara əsaslanmaq niyyətindədir”.
Bu fikirləri Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu TASS-a verdiyi açıqlamada səsləndirib.
O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi administrasiya Moskva ilə münasibətlərin normallaşdırılması üçün müəyyən təşəbbüslərlə çıxış edir.
S.Şoyquya görə, amerikalı tərəfin atdığı ilk addımlar praktik yanaşmadan xəbər verir. ABŞ-nin əvvəlki rəhbərliklərin bəzi köhnəlmiş yanaşmalarından uzaqlaşaraq daha realist mövqe sərgilədiyini vurğulayan S.Şoyqu bu dəyişikliklərin müsbət qarşılandığını bildirib.
O əlavə edib ki, tərəflər arasında mövcud olan dərin və sistemli problemlərin həlli vaxt tələb edir və bu proses asan olmayacaq.
“Keçmiş təcrübə göstərir ki, ABŞ ilə münasibətlərdə yalnız real addımlara etibar etmək olar. Lakin qədim Çin məsəlinin də dediyi kimi, uzun bir yol da ilk addımla başlayır. Biz artıq bu yolda hər iki tərəfdən müəyyən irəliləyişlər müşahidə edirik”, – deyə o qeyd edib.
#ABŞ teqi istifadə olunub
- İran və ABŞ arasında gərginlik yenidən artır? | Regionda münasibətlər kəskinləşir - Baku TV
- Çinlə heç bir problemimiz yoxdur | Donald Tramp - Baku TV
- Rusiya ABŞ-nin İran əleyhinə qətnaməsinə qarşı çıxdı: Hörmüz xətti yenidən alovlanacaq?
- ABŞ İraqın yeni Baş nazirindən nə tələb edir?
- Əraqçi Hörmüzdə keçidin bərpa olunmasının şərtlərini açıqladı - Baku TV
