Pleyeri seçin:

Rusiya və ABŞ arasında xaos | Gərgin ritorika, yoxsa real təhlükə?

02 avqust 2025 609 baxış

ABŞ Prezidenti Donald Trampın Rusiyanın keçmiş lideri, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin nüvə bəyanatlarına verdiyi cavab qlobal gündəmi silkələyib.

Trampın əmri ilə iki nüvə sualtı qayığının Rusiya sərhədlərinə doğru hərəkət etməsi siyasi şərhçilər tərəfindən həm güc nümayişi, həm də nüvə balansının pozulması təhlükəsi kimi qiymətləndirilir.

Medvedevin iyulun 28-də səsləndirdiyi fikirlər, ABŞ-ni “ultimatum oyunu” oynamaqda ittiham etməsi və Rusiyanın bu ritorikanı real hərbi təhdid kimi qiymətləndirdiyini deməsi cavabsız qalmayıb.

Tramp “Truth Social”da yazdığı paylaşımda belə bir xəbərdarlıq edib: “Sözlər vacibdir və tez-tez gözlənilməz nəticələrə səbəb ola bilər”.

Burada belə bir sual yaranır: bu ritorika real qarşıdurma ehtimalını artırırmı, yoxsa siyasi performansın bir hissəsidir?

Ekspertlər bildirirlər ki, bu addım Trampın “Madman Theory”, yəni qeyri-müəyyən və proqnozlaşdırılmayan lider obrazını qəsdən önə çəkməsi ilə izah oluna bilər. Məqsəd rəqibə “bizdən hər şey gözlənilə bilər” mesajını verməkdir.

Digər tərəfdən, ABŞ-nin bu cür hərbi yerləşdirmə qərarını Trampın təkbaşına elan etməsi də qeyri-adi sayılır. Adətən nüvə daşıyıcısı olan sualtı qayıqların hərəkəti konfidensial saxlanılır. Bu dəfə isə Tramp məsələni açıq şəkildə ictimailəşdirir. Bu, həm daxili siyasi auditoriyaya “biz güclüyük” siqnalı verir, həm də Rusiyaya qarşı sözlərlə kifayətlənmədiyini nümayiş etdirir.

Bəs bu qarşılıqlı ritorika müharibə riskini artırırmı?

Hazırda real nüvə qarşıdurması ehtimalı aşağı qiymətləndirilsə də, belə bəyanatların regionda hərbi balansı dəyişməyə, kiçik yanlış anlaşılmalara və ya təsadüfi qarşıdurmalara yol aça biləcəyi istisna edilmir. Bir sözlə, tərəflər diplomatiya dili ilə yox, təzyiq dili ilə danışır.

NATO sərhədində kritik hadisə: kəşfiyyat dronu tapıldı - Baku TV CANLI

NATO sərhədində kritik hadisə: kəşfiyyat dronu tapıldı - Baku TV CANLI

Dünya
10 may 2026 609 baxış
Moskvanın dəniz dronu layihəsi niyə uğursuz oldu?

Moskvanın dəniz dronu layihəsi niyə uğursuz oldu?

Dünya
10 may 2026 609 baxış
İran yeni müharibə ssenarisini işə salır | Bölgədə gərginlik artır - Baku TV CANLI

İran yeni müharibə ssenarisini işə salır | Bölgədə gərginlik artır - Baku TV CANLI

Dünya
10 may 2026 609 baxış
Hörmüz boğazının bağlanması qlobal kimya sənayesini sarsıtdı

Hörmüz boğazının bağlanması qlobal kimya sənayesini sarsıtdı

Dünya
10 may 2026 609 baxış
Qəzzada öldürülən fələstinlilərin sayı 72 736 nəfərə çatıb

Qəzzada öldürülən fələstinlilərin sayı 72 736 nəfərə çatıb

Dünya
10 may 2026 609 baxış
ABŞ-Yaponiya əlaqələri Nyu-York şəhərində xüsusi coşqu ilə qeyd edilib

ABŞ-Yaponiya əlaqələri Nyu-York şəhərində xüsusi coşqu ilə qeyd edilib

Dünya
10 may 2026 609 baxış
Bu su hövzəsinin rəngi niyə belədir?

Bu su hövzəsinin rəngi niyə belədir?

Dünya
10 may 2026 609 baxış
Vladimir Putin: "Faydalı "boşanma" yolu ilə gedəcəyik"

Vladimir Putin: "Faydalı "boşanma" yolu ilə gedəcəyik"

Dünya
10 may 2026 609 baxış
İspaniyadakı gül festivalından görüntülər

İspaniyadakı gül festivalından görüntülər

Dünya
10 may 2026 609 baxış
İsraildə Netanyahu hökumətinə qarşı mitinq keçirilib

İsraildə Netanyahu hökumətinə qarşı mitinq keçirilib

Dünya
10 may 2026 609 baxış
Seçilmişlər
icon