Pleyeri seçin:
Rusiyada bu mikrorayon tam bata bilər | Rusları ölümə aparan fəlakət
Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində su anbarının daşması nəticəsində 3 nəfər ölüb, 2556 yaşayış evi və 6886 həyətyanı sahə su altında qalıb.
Bu barədə Rusiya KİV-də məlumat verilib.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, təbii fəlakət zonasından 4208 nəfər təxliyə edilib, onların 427 nəfəri sığınacağa yerləşdirilib. Təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 530 nəfər xilasedici, 125 ədəd xüsusi texnika və 75 vahid qayıq cəlb olunub.
Vilayət Administrasiyası “Starıy qorod” mikrorayonunun suya qərq olması ehtimalını yüksək qiymətləndirib. Bu səbəbdən təxliyə prosesinin sürətləndirilməsi tapşırılıb.
Qeyd edək ki, Orenburq ərazisində fövqəladə vəziyyət elan olunub.
Kopyalandı
#Rusiya teqi istifadə olunub
- Moskvanın İrəvandakı əsas nümayəndəsi ilə bağlı diqqətçəkən iddia yayılıb - ANA XƏBƏR
- “Tramp yolu” Ermənistan-Rusiya münasibətlərində yeni ziddiyyətləri yaradır? - AKTUAL GÜNDƏM
- İrəvan Rusiya qazından imtina edib Azərbaycana üz tutacaq? - Baku TV CANLI
- Təhlükəli gərginlik: ABŞ təzyiqi artırır, Rusiya geri addım atmır - AKTUAL GÜNDƏM
- Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV
