Rusiyada miqrantlar üçün yeni qayda | Putin təcili fərman imzaladı
Rusiyada miqrantlarla bağlı yeni dövlət xidməti yaradılıb.
Bununla bağlı Kremlin rəsmi saytında məlumat verilib. Bildirilib ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.
Fərmana əsasən, Daxili İşlər Nazirliyinin tərkibində Vətəndaşlıq və Xarici Vətəndaşların Qeydiyyatı Xidməti yaradılıb.
Bununla yanaşı, aprelin 2-dən etibarən Rusiyada miqrantların övladlarının məktəbə qəbul zamanı rus dilini məcburi bilməsi haqqında qanun qüvvəyə minib.
Bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin “Telegram” kanalında paylaşım edib.
Bildirilib ki, artıq ölkədə yaşayan miqrantların uşaqları orta məktəbə qəbul olmaq üçün rus dilindən imtahan verəcəklər. Cavablarının ən azı 90%-i düzgün olan uşaqlar Federasiya ərazisində məktəblərdə təhsil ala biləcəklər.
#Rusiya teqi istifadə olunub
- Moskvanın İrəvandakı əsas nümayəndəsi ilə bağlı diqqətçəkən iddia yayılıb - ANA XƏBƏR
- “Tramp yolu” Ermənistan-Rusiya münasibətlərində yeni ziddiyyətləri yaradır? - AKTUAL GÜNDƏM
- İrəvan Rusiya qazından imtina edib Azərbaycana üz tutacaq? - Baku TV CANLI
- Təhlükəli gərginlik: ABŞ təzyiqi artırır, Rusiya geri addım atmır - AKTUAL GÜNDƏM
- Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV
