Rusiyada qaz emalı zavoduna PUA hücumu
Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatlarından istifadə edərək Rusiyanın Orenburq vilayətində qaz emalı zavoduna hücum edib.
Bu barədə vilayətin qubernatoru Yevgeni Solntsev özünün teleqram kanalında məlumat yayıb.
O, sənaye obyektində baş verən insidentin təfərrüatlarını açıqlayıb. Qubernatorun sözlərinə görə, hücum zamanı qaz stansiyasının infrastrukturuna qismən ziyan dəyib, sexlərdən birində yanğın baş verib.
"Zavodun işçiləri arasında itki yoxdur. Obyekt yaşayış məntəqəsi üçün təhlükə yaratmır. Ərazidə Fövqaladə Hallar Nazirliyinin xilasediciləri və yanğınsöndürənləri çalışırlar”, – deyə o vurğulayıb.
Qeyd edək ki, adıçəkilən müəssisə Rusiyanın qaz emalı sahəsində ən böyük və strateji obyektlərdən biri hesab olunur. Ekspertlər Avropa İttifaqının sanksiyalarına məruz qalan zavodun vurulmasını əhəmiyyətli hesab edirlər.
#Ukrayna Silahlı Qüvvələri teqi istifadə olunub
