Dünya
Pleyeri seçin:

Rusiyalı generalın ordu əleyhinə səs yazısı yayıldı

13 iyul 2023

Son zamanlar Rusiyanın hərbi hissələrində baş verən daxili çaxnaşma, daha dəqiq desək, generalların səssiz üsyanı davam edir. Silahlı Qüvvələrin Cənub Hərbi Dairəsinin 58-ci Ordusunun komandanı, “Spartak” ləqəbli general-mayor İvan Popov ordudakı problemlərlə bağlı yuxarı instansiyalara məruzəsindən sonra xidmətdən uzaqlaşdırılıb.

Bu məlumatı Dövlət Dumasının deputatı və Cənub Hərbi Dairəsi komandirinin keçmiş müavini Andrey Qurulyov paylaşıb. O, İ.Popovun səs yazısını da yayıb:

“Hər zaman olduğu kimi, bu gün də sizinlə səmimi olacağam. Yüksək səviyyəli rəhbərliklə vəziyyət çətindir. İki variant var idi, ya susmaq, baş verənlərə göz yummaq, onların eşitmək istədiklərini söyləmək, ya da hər şeyi olduğu kimi danışmaq. Mənim sizin xətrinizə, müharibədə ölən dostlarımızın xatirinə yalan danışmağa haqqım yox idi. Ona görə də orduda mövcud olan bütün problemli məsələləri açıqladım, müharibənin ən mühüm faciəsindən, qardaşlarımızın kütləvi şəkildə həlak olmasından və silah-sursat çatışmazlığından bəhs etdim. Başqa məsələləri də qaldırdım. Görünür, böyük komandirlər məndə hansısa təhlükə hiss etdilər və dərhal bir gün ərzində əmr verərək məndən qurtuldular. Rusiyada bir çox komandirlərin dediyi kimi, Ukrayna Ordusunun hərbçiləri bizi cəbhədən çıxara bilmədilər. Amma böyüyümüz bizi xaincəsinə və alçaqcasına vurdu”. Qeyd edək ki, Andrey Qurulyov iyulun 12-də Rusiya Silahlı Qüvvələri Cənub Hərbi Dairəsinin komandir müavini, general-leytenant Oleq Tsokovun Berdyanskda Ukrayna Silahlı Qüvvələrinin raket zərbəsi nəticəsində öldürüldüyü məlumatını da ictimailəşdirmişdi. Ehtiyatda olan general-leytenantın keçmiş silahdaşlarının taleyi barədə bu cür narahatlıq doğuran məlumatlar yayması Rusiya Ordusunun Cənub Hərbi Dairəsində vəziyyətin o qədər də ürəkaçan olmadığını və zabitlər arasında ciddi narazılıqların yaşandığını göstərir.

Almaniya səfiri Türkiyə XİN-ə çağırıldı | Xəbərdarlıq

Almaniya səfiri Türkiyə XİN-ə çağırıldı | Xəbərdarlıq

Dünya
04 iyul 2024
Moskva və Buxarest arasında siyasi gərginlik | Səfirin XİN-ə çağırılma səbəbi

Moskva və Buxarest arasında siyasi gərginlik | Səfirin XİN-ə çağırılma səbəbi

Dünya
04 iyul 2024
Rusiya ATƏT Parlament Assambleyasında iştirakını niyə dayandırdı?

Rusiya ATƏT Parlament Assambleyasında iştirakını niyə dayandırdı?

Dünya
04 iyul 2024
Zelenskinin rədd cavabı necə nəticələnəcək? - Əsas məqsəd budur ki...

Zelenskinin rədd cavabı necə nəticələnəcək? - Əsas məqsəd budur ki...

Dünya
03 iyul 2024
Erməninin meyiti tapıldı | Ermənistan Ordusunda nələr baş verir?

Erməninin meyiti tapıldı | Ermənistan Ordusunda nələr baş verir?

Dünya
03 iyul 2024
Bayden debatdan sonra prezidentlikdən əl çəkdi? | Ağ Evdən açıqlama

Bayden debatdan sonra prezidentlikdən əl çəkdi? | Ağ Evdən açıqlama

Dünya
03 iyul 2024
Türkiyə-Suriya sərhədində gərginlik pik həddə | 500-ə qədər saxlanılan var

Türkiyə-Suriya sərhədində gərginlik pik həddə | 500-ə qədər saxlanılan var

Dünya
03 iyul 2024
Ərdoğanla Putin arasında vacib müzakirə | Bunu həll edəcəyimizə inanıram

Ərdoğanla Putin arasında vacib müzakirə | Bunu həll edəcəyimizə inanıram

Dünya
03 iyul 2024
Putin və Ərdoğanın Astanadakı görüşündən görüntülər

Putin və Ərdoğanın Astanadakı görüşündən görüntülər

Dünya
03 iyul 2024
Rəcəb Tayyib Ərdoğan Türkiyə millisini təbrik edib

Rəcəb Tayyib Ərdoğan Türkiyə millisini təbrik edib

Dünya
03 iyul 2024
Seçilmişlər
icon