Rusiyanın texnikası və canlı qüvvəsi məhv edildi
Ukrayna Təhlükəsizlik Xidmətinin dronları müvəqqəti işğal olunan ərazilərdə yerləşən Rusiya Ordusunun anbar və bazalarına zərbələr endirib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Təhlükəsizlik Xidmətinin “Alfa” xüsusi təyinatlıları düşmən mövqelərinə dəqiq hücumlar həyata keçirib. Nəticədə texnika və canlı qüvvənin toplandığı, logistika və qüvvə bölüşdürülməsi üçün istifadə olunan obyektlər məhv edilib.
Məlumata görə, gecə reydləri 105 kq döyüş başlığına malik “FP-2” tipli pilotsuz uçuş aparatları ilə icra olunub ki, bu da əməliyyatın yüksək effektivliyini təmin edib.
“Rusiya Ukraynanın Pokrovsk və Mirnoqrad səhərlərini ələ keçirərək sonrasında Konstantinovka və Kramatorska doğru irəliləməyə çalışır”.
Bunu Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, ordu generalı Nikolay Malomuj bildirib. Onun sözlərinə görə, Ukrayna da xüsusən bu istiqaməti gücləndirməklə məşğuldur.
“Bölgəyə 7-ci desant-hücum korpusu cəlb olunub. Bu, şəhərin təmizlənməsi, düşmənin müəyyən sektorlardan sıxışdırılması və şəhərə daxil olmağa çalışan ayrı-ayrı qruplarına zərbələr endirilməsi üzrə əsas bölmədir.
Bundan başqa, ərazidə Müdafiə Nazirliyinin Xüsusi Əməliyyat Qüvvələri, Hərbi Kəşfiyyat Baş İdarəsinin bölmələri və şəxsən general Budanov da fəaliyyət göstərir.
Bir sözlə, diversiya qruplarına qarşı hərəkət edə bilən əsas bölmələrimizi işə salmışıq”, – deyə N.Malomuj əlavə edib.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
