Rutte Kremli görün necə hədələdi | Tramp Putini niyə “qaralayıb”?
"ABŞ Avropaya 17 ədəd "Patriot" hava hücumundan müdafiə kompleksi göndərməyə hazırlaşır”.
Bunu ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə keçirdiyi birgə mətbuat konfransında deyib. Tramp əlavə edib ki, onlardan çoxu qısa zaman ərzində Ukraynaya çatdırılacaq.
Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında paylaşım edərək bu xəbəri təsdiqləyib. O bildirib ki, Ukrayna üçün "Patriot" zenit-raket komplekslərini Almaniya və Norveç alacaq.
Qeyd edək ki, Trampla Ruttenin birgə mətbuat konfransında başqa maraqlı çıxışlar da qeydə alınıb. ABŞ Prezidenti jurnalistlərə açıqlamasında bildirib ki, Ukraynadakı müharibə ilə bağlı Rusiyaya qarşı daha sərt mövqe tutmaq niyyətindədir.
Putin Trampın şərtləri ilə razılaşmasa, Rusiyanı nə gözləyir? NATO-nun baş katibi Mark Rutte bununla bağlı suala hədə dolu cavab verib.
“Mən Vladimir Putinin yerində olsaydım və sizin 50 gün sonra nələr etməyi planlaşdırdığınızı bilsəydim, Ukraynada atəşkəslə bağlı danışıqlara yanaşmamı yenidən nəzərdən keçirərdim”, – o bildirib.
NATO-nun baş katibi Mark Rutte və ABŞ Prezidenti Rusiyanın gələcəyi naminə Vladimir Putini Ukrayna ilə danışıqlar masasına oturmağa çağırıb.
#Vladimir Putin teqi istifadə olunub
- Madyardan Putinə açıq mesaj | Ölkə Aİ və NATO-nun müttəfiqinə çevriləcək? - Baku TV
- İran və Rusiya prezidentləri arasında telefon danışığı olub - Baku TV
- Rusiya Donbası necə ələ keçirmək istəyir? | Zelenskidən açıqlama - ANA XƏBƏR
- Rusiya-Ukrayna müharibəsində kritik an | Putin və Zelenskidən təcili tapşırıq - Baku TV
- Gərgin keçən son görüşdən sonra Paşinyan yenidən Moskvaya səfər edəcək - Baku TV CANLI
