Pleyeri seçin:

Saakaşvili əfv oluna bilər? - Gürcü politoloqlardan Baku TV-yə qalmaqallı açıqlama

14 mart 2025 398 baxış

Tbilisi Şəhər Məhkəməsinin Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilini külli miqdarda dövlət vəsaitini mənimsəmək ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum etməsi hökmü Gürcüstanda birmənalı qarşılanmayıb.

Baku TV-yə müsahibə verən gürcü politoloqlar bunun Saakaşvili ilə bağlı yekun qərar olmadığını və həbs cəzasının artırıla biləcəyini deyirlər.

“Mixeil Saakaşvili barədə hələ ki yekun hökm çıxarılmayıb. Məhkəmə prosesi bir sıra işlər üzrə davam edir ki, bunlardan biri Gürcüstan sərhədini pozaraq qanunsuz yollarla ölkəyə daxil olmasıdır. Ona görə də onun həbs cəzası artırıla bilər. Həmçinin parlamentdə müvəqqəti istintaq komissiyası yaradılıb və bu komissiyanın əsas məqsədi keçmiş hakimiyyət dönəmində edilmiş qanun pozuntularını aşkarlamaqdır. Həmin dövrdə Mixeil Saakaşvilinin hakimiyyətdə olduğunu nəzərə alsaq, bütün mümkün qanun pozuntularına görə məsuliyyəti o daşıyır. 2008-ci il müharibəsi araşdırılacaq məsələlərdəndir. Əlbəttə, bu, Qərbdə narahatlıq doğurur. Ancaq 9 illik həbs cəzası barədə hökm Saakaşvilin azadlığa çıxarılması kompaniyasının sonu oldu”, – deyə politoloq Zaal Anjaparidze qeyd edib.

Politoloq Badri Naçkebia isə Mixeil Saakaşvilinin taleyinin Gürcüstanda baş verəcək siyasi proseslərə bağlı olduğunu diqqətə çatdırıb:

“Mixeil Saakaşvili ilə bağlı məhkəmənin hökmü Avropa strukturlarına, eləcə də apellasiya məhkəməsinə təqdim ediləcək. Onun bu hökmlə razılaşma ehtimalı yoxdur. Hələ ki məhkəmə prosesi davam edir və yekunda nə olacağı barədə isə nəsə deyə bilmərik. Ancaq düşünürəm ki, onun taleyi Gürcüstanda baş verəcək siyasi proseslərə bağlıdır. Belə ki, Gürcüstan hökuməti gələcəkdə onu əfv də edə bilər”.

Məlumat üçün onu da bildirək ki, məhkəmə iclasında Mixeil Saakaşvili iştirak etməyib. O, özünü təqsirli bilmədiyini açıqlayıb.

Banner
Ukraynanın gələcəyi və müharibənin taleyi ilə bağlı təmaslar intensivləşir - Baku TV CANLI

Ukraynanın gələcəyi və müharibənin taleyi ilə bağlı təmaslar intensivləşir - Baku TV CANLI

Dünya
19 noyabr 2026 398 baxış
Bir qətl, onlarla şübhəli və illərlə davam edən istintaq

Bir qətl, onlarla şübhəli və illərlə davam edən istintaq

Dünya
19 noyabr 2026 398 baxış
İsrailin Baş naziri İranla hərbi qarşıdurmanın qaçılmaz olduğunu bəyan edib - Baku TV CANLI

İsrailin Baş naziri İranla hərbi qarşıdurmanın qaçılmaz olduğunu bəyan edib - Baku TV CANLI

Dünya
19 noyabr 2026 398 baxış
Texnologiya səhmlərində satış dalğası | İnvestorlar nədən çəkinir? - Baku TV

Texnologiya səhmlərində satış dalğası | İnvestorlar nədən çəkinir? - Baku TV

Dünya
19 noyabr 2026 398 baxış
Kimyəvi silah iddiası İran–ABŞ gərginliyini yenidən alovlandıracaq? - Baku TV

Kimyəvi silah iddiası İran–ABŞ gərginliyini yenidən alovlandıracaq? - Baku TV

Dünya
19 noyabr 2026 398 baxış
Qlobal təhlükəsizlik ön planda | Görüşün dünya nizamına təsiri nə olacaq? - Baku TV

Qlobal təhlükəsizlik ön planda | Görüşün dünya nizamına təsiri nə olacaq? - Baku TV

Dünya
19 noyabr 2026 398 baxış
“Ya məni devirin, ya da sizi parlamentdən uzaqlaşdıracağam!” - AKTUAL GÜNDƏM

“Ya məni devirin, ya da sizi parlamentdən uzaqlaşdıracağam!” - AKTUAL GÜNDƏM

Dünya
19 noyabr 2026 398 baxış
Liderlər 40 dəqiqə ərzində nələrdən danışdı?

Liderlər 40 dəqiqə ərzində nələrdən danışdı?

Dünya
19 noyabr 2026 398 baxış
Ya referenduma razı olacaqlar, ya da parlament buraxılacaq?

Ya referenduma razı olacaqlar, ya da parlament buraxılacaq?

Dünya
19 noyabr 2026 398 baxış
Tərəflər bu görüşdən istədiklərini ala bildilərmi?

Tərəflər bu görüşdən istədiklərini ala bildilərmi?

Dünya
19 noyabr 2026 398 baxış
Seçilmişlər
icon