Pleyeri seçin:

Saakaşvili əfv olunacaq?

25 mart 2023 175 baxış

“Biz həbsdə olan keçmiş dövlət başçısı Mixeil Saakaşvilinin səhhətinin vəziyyətini diqqətlə izləyirik”.

Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili müxalif “Pirveli” telekanalına müsahibəsində deyib. “Səhiyyə üzrə müşavirim demək olar ki, hər gün M.Saakaşvilinin səhhəti ilə bağlı məlumat verir, məlumatları həmçinin başqa mənbələrdən də alıram. Hesab edirəm ki, M.Saakaşvilinin normal vəziyyətinin təmin edilməsi ölkənin reputasiyası məsələsidir”, - deyə S.Zurabişvili bildirib.

O, M.Saakaşviliyə qarşı heç bir alçaldıcı münasibəti qəbul etmədiyini vurğulayıb. Dövlət başçısının sözlərinə görə, bir neçə ölkədən həkimlər M.Saakaşvilini müalicə və müayinə etmək üçün Gürcüstana gəlməyə hazırdırlar: “Ölkə prezidenti kimi mənim üçün M.Saakaşvilinin xaricə müalicəyə aparılması zərurətindən danışmaq çətindir, çünki bu, əslində, bizim həqiqətən dövlətimizin olmadığı, tibbi imkanların yoxluğu anlamına gələcək. Ona görə də yəqin ki, çıxış yolu yerində tapılmalıdır. Bu, hakimiyyətin əlindədir, onlar anlamalıdırlar ki, hər kəs ölkənin reputasiyasını qorumalıdır”.

M.Saakaşvilinin Prezidentin fərmanı ilə mümkün əfv olunması ilə bağlı sualı cavablandıran S.Zurabişvili vurğulayıb ki, bu, onun ixtiyarındadır və heç bir təzyiqə, o cümlədən xaricdən heç bir təzyiqə dözməyəcək.

“Prezidentin bu məsələ ilə bağlı qərarı sərbəst olmalıdır. Yeri gəlmişkən, məndən əfv istəməyən Saakaşvilinin mövqeyinə hörmətlə yanaşıram”, - deyə S.Zurabişvili fikirlərini yekunlaşdırıb.

Netanyahu Suriyada yeni bir böhran yaratmağa çalışır?

Netanyahu Suriyada yeni bir böhran yaratmağa çalışır?

Dünya
22 dekabr 2025 175 baxış
Putin Tacikistan Prezidentinə başsağlığı verdi

Putin Tacikistan Prezidentinə başsağlığı verdi

Dünya
22 dekabr 2025 175 baxış
Məşhur simalar narkotik əməliyyatı çərçivəsində saxlanıldı

Məşhur simalar narkotik əməliyyatı çərçivəsində saxlanıldı

Dünya
22 dekabr 2025 175 baxış
Rusiyanın ən böyük neft terminallarından biri vuruldu

Rusiyanın ən böyük neft terminallarından biri vuruldu

Dünya
22 dekabr 2025 175 baxış
İŞİD-lə mübarizə üçün əməkdaşlıq müzakirə olunub

İŞİD-lə mübarizə üçün əməkdaşlıq müzakirə olunub

Dünya
22 dekabr 2025 175 baxış
Tehranın İraqdakı qüvvələrinə qarşı genişmiqyaslı hücum olacaq?

Tehranın İraqdakı qüvvələrinə qarşı genişmiqyaslı hücum olacaq?

Dünya
22 dekabr 2025 175 baxış
Hökumət yəhudilərə qarşı baş verən terrordan narahatdır | Avstraliya

Hökumət yəhudilərə qarşı baş verən terrordan narahatdır | Avstraliya

Dünya
22 dekabr 2025 175 baxış
Putin MDB liderlərini Ermitajda gəzdirdi | Sankt-Peterburqdan görüntülər - Baku TV

Putin MDB liderlərini Ermitajda gəzdirdi | Sankt-Peterburqdan görüntülər - Baku TV

Dünya
22 dekabr 2025 175 baxış
Rusiya Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndəsi öldürüldü - Baku TV CANLI

Rusiya Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndəsi öldürüldü - Baku TV CANLI

Dünya
22 dekabr 2025 175 baxış
Rusiya nüvə enerjisi ilə işləyən buzqıran gəmilərini burada yerləşdirib

Rusiya nüvə enerjisi ilə işləyən buzqıran gəmilərini burada yerləşdirib

Dünya
22 dekabr 2025 175 baxış
Seçilmişlər
icon