Sabiq prezident edam olunacaq? | Dünya bu xəbərdən danışır!
Cənubi Koreyanın keçmiş birinci xanımı Kim Kon Xi həbs olunub.
Onun həbsi barədə məhkəmə orderi avqustun 12-də verilib. Kim Kon Xi rüşvət almaqda günahlandırılır, lakin ittihamları rədd edir.
Kim Kon Xi Cənubi Koreyanın həbs olunan yeganə birinci xanımıdır. Onun əri eks-prezident Yun Sok Yol da həbsxanadadır. O, 2024-cü ilin dekabrında ölkədə hərbi vəziyyət yaratmaq cəhdinə görə hakimiyyətdən uzaqlaşdırılıb.
Yun Sok Yolun təslim olmaqdan başqa çıxış yolu qalmamışdı. Elə həyat yoldaşı da məhkəməyə gələrkən hörmət əlaməti olaraq baş əyib, amma jurnalistlərin suallarına cavab verməyib.
Qeyd edək ki, o, rüşvətxorluqla yanaşı, səhm dələduzluqlarında da ittiham olunur. Bu şübhələr ilk dəfə onun 2022-ci ildə əri ilə NATO sammitinə qatılarkən 43 milyon dollar dəyərində boyunbağı taxması ilə qabarıb. Daha doğrusu, həmin vaxt Kim Kon Xi qanun pozuntusunda günahlandırılıb. Çünki qeyd olunan bəzək əşyası cütlüyün maliyyə deklarasiyasında qeyd olunmamışdı.
O həmçinin bahalı çantaları, briliant boyunbağı hədiyyə almaqda günahlandırılır. Bütün bu əşyalar keçmiş birinci xanıma rüşvət kimi verilib.
Onun ərinə gəlincə, keçmiş prezident Yun Sok Yol hakim qarşısına çevriliş ittihamı ilə çıxarılıb. Bu maddə ilə isə Yun Sok Yol barəsində ömürlük həbs cəzası, hətta edam hökmü də çıxarıla bilər.
#Cənubi Koreya teqi istifadə olunub
