Sarkisyanın partiyasından Makrona cavab: “Nikola görə ikiüzlülük edir”
“Fransa Prezidenti Emmanuel Makronun “Səkkiz il əvvəl heç kim Ermənistana gəlməzdi” ifadəsi ikiüzlülüyün yeni və tipik nümunəsidir”.
Bunu Ermənistanın müxalif “Respublikaçı” partiyasının sədri Serj Sarkisyanın müavini Armen Aşotyan deyib.
“Makron yalan danışdığını bilir, eynilə ölkəsi kimi. Ölkəsinin özündən əvvəlki prezidentləri – Jak Şirak, Nikola Sarkozi və Fransua Olland Ermənistanda olublar. Amma o, Nikolun xatirinə bütün dünyanın qarşısında hər kəsə yalan danışmağa hazırdır. Dost Fransa və onun dost xalqı qətiyyən belə bir şeyə layiq deyil”, – o bildirib.
Fransa Prezidenti bundan əvvəl Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammitində bəyan edib ki, səkkiz il əvvələ qədər – Robert Köçəryan və Serj Sarkisyan dönəmlərində Ermənistan Rusiyanın peyki olub.
“Səkkiz il əvvələ qədər heç kim Ermənistana gəlməzdi, bu gün ölkənizə bu qədər ilk səfərlərin olması, həqiqətən, yaxşı göstəricidir. Çünki səkkiz il əvvəl bu ölkə de-fakto Rusiyanın peyki kimi qiymətləndirilirdi”, – Makron Ermənistan Baş naziri Nikol Paşinyana xitabla qeyd edib.
Fransa lideri iddia edib ki, Nikol Paşinyan səkkiz il əvvəl inqilab edərək Ermənistanı bu durumdan çıxarıb: “Bu dəyişiklik sülhü və Avropanı prioritet istiqamət kimi seçdi”.
#Emmanuel Makron teqi istifadə olunub
- Hörmüz boğazı uğrunda şiddətli savaş başlayır? - Makrondan ABŞ və İrana təcili mesaj - Baku TV
- Avropaya qarşı gələn dövlət başçıları kimlərdir? - Baku TV CANLI
- Fransa Prezidenti postundan birdəfəlik gedəcəyini açıqladı
- Avropanın daha bir ölkəsi nüvə dövlətinə çevrilir və bu, regionda yeni vəziyyət yaradır - Baku TV
- "İran xalqı qalibdir" | İran XİN-in müavinindən sərt açıqlama - Baku TV
