Pleyeri seçin:

Şəhərə idarəolunan aviabombalarla zərbələr endirildi

27 dekabr 2025 813 baxış

Rusiya Ukraynanın Xarkov vilayətinə idarəolunan aviabombalar ilə növbəti zərbələr endirib. Hücum nəticəsində bir nəfər ölüb, daha üç sakin yaralanıb.

Bu barədə “RBK-Ukrayna” Xarkovun meri İqor Terexovun “Telegram” kanalına istinadən məlumat yayıb.

Qeyd olunub ki, bomba şəhərin ən intensiv nəqliyyat axını olan yollarından birinə düşüb. Bu zaman içərisində insanlar olan bir neçə avtomobil yanmağa başlayıb.

“Hazırda bir nəfərin həlak olduğu, üç nəfərin yaralandığı məlumdur. Yaralılardan birinin vəziyyəti ağırdır. Zərbə yerinin yaxınlığında yerləşən çoxmənzilli və fərdi yaşayış evlərinə də ziyan dəyib”, – deyə şəhər rəhbəri bildirib.

Bu arada Rusiya Ukraynanın itkilərini yeniləyib. Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkovun sözlərinə görə, xüsusi əməliyyatın başladığı gündən indiyə qədər qarşı tərəfin 669 təyyarəsi, 283 helikopteri, 105 min 217 PUA-sı və 640 zenit-raket kompleksi məhv edilib. Bundan başqa, 26 min 728 tank və digər zirehli texnika, 1634 reaktiv yaylım atəş sistemi, həmçinin 32 min 185 artilleriya və minaatan sıradan çıxarılıb.

İran və Oman dəniz marşrutlarını razılaşdırmağa çalışır

İran və Oman dəniz marşrutlarını razılaşdırmağa çalışır

Dünya
05 avqust 2026 813 baxış
Dünyanın ən qeyri-adi qaydaları olan şəhər

Dünyanın ən qeyri-adi qaydaları olan şəhər

Dünya
05 avqust 2026 813 baxış
Avropada aviaşirkətlər çətin vəziyyətə düşdü

Avropada aviaşirkətlər çətin vəziyyətə düşdü

Dünya
05 avqust 2026 813 baxış
Yeni Zellandiyaya qar yağdı, məktəblər bağlandı

Yeni Zellandiyaya qar yağdı, məktəblər bağlandı

Dünya
05 avqust 2026 813 baxış
ABŞ-İran münaqişəsində yaralanan amerikalı hərbçilərin sayı artıb

ABŞ-İran münaqişəsində yaralanan amerikalı hərbçilərin sayı artıb

Dünya
05 avqust 2026 813 baxış
Ermənistanın KTMT-də səsvermə hüququ necə dayandırıla bilər? - Baku TV CANLI

Ermənistanın KTMT-də səsvermə hüququ necə dayandırıla bilər? - Baku TV CANLI

Dünya
05 avqust 2026 813 baxış
Ağ Evlə İsrail arasında fikir ayrılığı dərinləşir | Sülh gözləntiləri boşa çıxdı - Baku TV

Ağ Evlə İsrail arasında fikir ayrılığı dərinləşir | Sülh gözləntiləri boşa çıxdı - Baku TV

Dünya
05 avqust 2026 813 baxış
Kubada mümkün hərbi əməliyyat planı | Vaşinqton nəyə hazırlaşır? - Baku TV

Kubada mümkün hərbi əməliyyat planı | Vaşinqton nəyə hazırlaşır? - Baku TV

Dünya
05 avqust 2026 813 baxış
Uzaqmənzilli raketlər bitir? | ABŞ-nin raketləri harada xərcləndi? - Baku TV

Uzaqmənzilli raketlər bitir? | ABŞ-nin raketləri harada xərcləndi? - Baku TV

Dünya
05 avqust 2026 813 baxış
Yaponiyanın qərarı regionda müzakirə olunur | Çin niyə narahatdır? - Baku TV

Yaponiyanın qərarı regionda müzakirə olunur | Çin niyə narahatdır? - Baku TV

Dünya
05 avqust 2026 813 baxış
Seçilmişlər
icon