Dünya
Pleyeri seçin:

SEPAH-ın zabitlərindən Xameneiyə qarşı sui-qəsd

22 mart 2023

Ötən ilin payızında İran İnqilab Keşikçiləri Korpusunu bir qrup hərbi qulluqçusu Seyid Əli Xameneiyə qarşı sui-qəsd planlaşdırıbmış.

Bu barədə “Iran International” 44 səhifəlik gizli sənədə əsasən məlumat yayıb. Bildirilib ki, 2022-ci ilin payızında İranda davam edən kütləvi etirazlar zamanı molla rejiminin əsas dayağı olan SEPAH-ın bir qrup hərbçisi Tehranda dövlət obyektlərini artilleriya atəşinə tutmağı planlaşdırıb. Hədəflərdən biri isə İranın ali rəhbəri Ayətullah Əli Xameneinin iqamətgahı olub. Ancaq sui-qəsdin üstü açılıb və həmin hərbi qulluqçular həbs ediliblər.

Qeyd olunub ki, həmin sənəd Xamenei ilə SEPAH-ın 45 yüksək rütbəli komandiri və din xadimi arasında yanvarın 3-də baş tutan görüşdən sonra hazırlanıb. Həmin iclasda bildirilib ki, etirazlar şəxsi heyət və kiçik zabitlərin mənəvi vəziyyətlərinə mənfi təsir göstərib. Üstəlik, buna sıravi işçilərin əməkhaqlarının aşağı olması şərait yaradıb.

Bundan başqa, hərbçilərin aksiyalar zamanı fərarilik etməsi, həmçinin etirazçılara qarşı zorakılığın tətbiqindən boyun qaçırması, onların nümayişçilərə yardım göstərməsi hallarının olduğu qeyd edilib. Buna görə də SEPAH-ın çox sayda hərbçisinin ailə üzvləri, o cümlədən yüksək rütbəli zabitlər etirazlarda fəal iştirak edib və həbs ediliblər.

İclas iştirakçıları Xameneidən SEPAH hərbçilərinin həbs edilmiş ailə üzvlərinə qarşı yumşaq davranılmasını, həmçinin SEPAH əməkdaşlarının həyat şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görməsini xahiş ediblər.

ABŞ-də insanları dəhşətə gətirən əməliyyat | 54 yaşlı qadına…

ABŞ-də insanları dəhşətə gətirən əməliyyat | 54 yaşlı qadına…

Dünya
26 aprel 2024
Moskvada törədilən terror aktı ilə bağlı daha bir nəfər saxlanıldı

Moskvada törədilən terror aktı ilə bağlı daha bir nəfər saxlanıldı

Dünya
26 aprel 2024
Putinin Ukraynaya göndərdiyi general, əslində, niyə həbs edildi?

Putinin Ukraynaya göndərdiyi general, əslində, niyə həbs edildi?

Dünya
26 aprel 2024
İrana qarşı sanksiya | ABŞ-nin “qara siyahı”sındakılar kimdir?

İrana qarşı sanksiya | ABŞ-nin “qara siyahı”sındakılar kimdir?

Dünya
26 aprel 2024
Rusiya Belarus və Türkiyəyə niyə qarışa bilmir? - Simonyandan açıqlama

Rusiya Belarus və Türkiyəyə niyə qarışa bilmir? - Simonyandan açıqlama

Dünya
26 aprel 2024
Kəndlərin qaytarılmasından sonra İrəvanda həbslər başladı

Kəndlərin qaytarılmasından sonra İrəvanda həbslər başladı

Dünya
26 aprel 2024
Narkomanların olduğu ərazidən tapılanlar dəhşətə gətirdi | Türkiyə

Narkomanların olduğu ərazidən tapılanlar dəhşətə gətirdi | Türkiyə

Dünya
26 aprel 2024
Paşinyan hökuməti ona arxalanır ki... | Korotçenkodan iddialı şərh

Paşinyan hökuməti ona arxalanır ki... | Korotçenkodan iddialı şərh

Dünya
26 aprel 2024
Müharibənin Qəzzada cəhənnəmə çevirdiyi Xan Yunis şəhəri

Müharibənin Qəzzada cəhənnəmə çevirdiyi Xan Yunis şəhəri

Dünya
26 aprel 2024
Ukrayna bu ərazilərə nəzarəti itirdi | Müharibədə son vəziyyət

Ukrayna bu ərazilərə nəzarəti itirdi | Müharibədə son vəziyyət

Dünya
26 aprel 2024
Seçilmişlər
icon