Pleyeri seçin:

Şimali Koreya Ukraynadan nəyin acığını çıxdı? | Sensasiyalı detallar üzə çıxdı

27 mart 2025 481 baxış

Şimali Koreya Ukraynaya qarşı müharibədə itkilərin əvəzini çıxmaq üçün yanvar və fevral aylarında Rusiyaya əlavə 3000 hərbçi göndərib.

Bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargahlar Komitəsi tərəfindən məlumat yayılıb.

Departamentin məlumatına görə, Pxenyan qoşunlarla yanaşı, “əhəmiyyətli sayda” qısa mənzilli ballistik raketlər, 170 millimetrlik özüyeriyən haubitsalar və təxminən 220 ədəd 240 millimetrlik reaktiv yaylım atəşi sistemləri göndərib.

İlkin olaraq Koreya Xalq Demokratik Respublikası Rusiya Prezidenti Vladimir Putinə Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindən çıxarılmasına kömək etmək üçün 11 min əsgər ayırıb. Seul onlardan 4000-nin öldüyünü və ya yaralandığını təxmin edir. Nəticədə, Şimali Koreya bölmələri istirahət və yenidən təşkil olunmaq üçün cəbhə xəttindən çıxarılıb.

Cənubi Koreya kəşfiyyatı KXDR-in yüksək itkilərini Kim Çen Inın qoşunlarının pilotsuz təyyarələrin mühüm rol oynadığı müasir müharibəyə uyğunlaşdırılmaması ilə əlaqələndirib. Bundan əlavə, Rusiya komandanlığı onları tez-tez atəş dəstəyi olmadan hücumlara göndərirmiş.

Cənubi Koreyanın “JoongAng” saytının mənbələri fevral ayında Pxenyanın Rusiyaya əlavə qüvvələr göndərdiyini bildirib. Onlar iddia edirlər ki, 2025-ci ilin əvvəlindən Kim V.Putinə ən azı 1000 döyüşçü göndərib. Həmin əsgərlər Rusiya gəmiləri və hərbi təyyarələri ilə Kursk bölgəsinə daşınıb.

Moskva ilə Pxenyan arasında əməkdaşlığın dərinləşməsi V.Putinin 2024-cü ilin yayında Şimali Koreyaya səfərindən sonra başlayıb. Bu il martın 21-də Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Pxenyana gedib.

Onunla görüşdə Kim Çen In Rusiyanın Ukraynaya qarşı müharibəsinə “sarsılmaz dəstəyini” ifadə edib və V.Putinlə müqaviləyə sadiqliyini təsdiqləyib.

Baş Qərargah rəisi xəbərdarlıq etdi | "Müharibə bütün regionu yandıracaq!" - Baku TV CANLI

Baş Qərargah rəisi xəbərdarlıq etdi | "Müharibə bütün regionu yandıracaq!" - Baku TV CANLI

Dünya
07 fevral 2026 481 baxış
Oman görüşü nələri dəyişəcək? | İran və ABŞ niyə razılığa gələ bilmir? - Baku TV CANLI

Oman görüşü nələri dəyişəcək? | İran və ABŞ niyə razılığa gələ bilmir? - Baku TV CANLI

Dünya
07 fevral 2026 481 baxış
“Artıq Fransa və Almaniya da meydana çıxır!” | Ukraynada seçkilər təxirə düşəcək? - Baku TV

“Artıq Fransa və Almaniya da meydana çıxır!” | Ukraynada seçkilər təxirə düşəcək? - Baku TV

Dünya
07 fevral 2026 481 baxış
Bu təhlükə ABŞ-ni hərəkətə keçirdi! | İlk dəfədir ki, ABŞ və Rusiya arasında... - Baku TV

Bu təhlükə ABŞ-ni hərəkətə keçirdi! | İlk dəfədir ki, ABŞ və Rusiya arasında... - Baku TV

Dünya
07 fevral 2026 481 baxış
İsrail Qəzzada yaşayış binasını vurdu

İsrail Qəzzada yaşayış binasını vurdu

Dünya
07 fevral 2026 481 baxış
İtaliyada keçirilən Qış Olimpiya Oyunlarının açılış mərasimindən görüntülər

İtaliyada keçirilən Qış Olimpiya Oyunlarının açılış mərasimindən görüntülər

Dünya
07 fevral 2026 481 baxış
İtaliyadakı etiraz aksiyasından görüntülər

İtaliyadakı etiraz aksiyasından görüntülər

Dünya
07 fevral 2026 481 baxış
Kataloniyalı fermerlərdən Aİ-Merkosur müqaviləsinə etiraz

Kataloniyalı fermerlərdən Aİ-Merkosur müqaviləsinə etiraz

Dünya
07 fevral 2026 481 baxış
Rusiya Ukrayna Ordusunun sayının dəyişdirilməsi məsələsini qaldırıb?

Rusiya Ukrayna Ordusunun sayının dəyişdirilməsi məsələsini qaldırıb?

Dünya
07 fevral 2026 481 baxış
Mərakeşdə daşqınlar insanların həyatını alt-üst etdi

Mərakeşdə daşqınlar insanların həyatını alt-üst etdi

Dünya
07 fevral 2026 481 baxış
Seçilmişlər
icon