Simonyanın gəlini Ani Qevorkyan nədə ittiham olunur? | Ermənistanı çalxalandıran xəbər
Ermənistan parlamentinin spikeri Alen Simonyan gəlini Ani Qevorkyanın mənimsəmə işində günahını etiraf etməyə məcbur olduğunu bəyan edib. Məqsəd işin məhkəməyə çatması və proses ətrafında vəziyyətin sabitləşməsi olub.
Bu barədə Ermənistan KİV məlumat verib.
Simonyan müsahibəsində izah edib ki, bu qərar qardaşının ailəsi tərəfindən şüurlu şəkildə verilib.
"Bəli, siz haqlısınız. Qardaşımın ailəsi istintaqın gələcəkdə davam etməsi üçün bu yolu seçdi", – deyə o qeyd edib və işin sonda təqsirlilik hökmü ilə yekunlaşacağına şübhə duyduğunu bildirib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanları tərəfindən səhvlərə yol verilən bir sıra digər hallarda olduğu kimi, bu iş də məhkəmədə "uğursuzluqla" nəticələnə bilər.
Ermənistan mətbuatında bildirilir ki, Simonyan faktiki olaraq hüquq-mühafizə orqanlarına meydan oxuyur və onların peşəkarlığını şübhə altına alır.
#Ermənistan teqi istifadə olunub
- Ermənistan–ABŞ işçi qrupunun ilk görüşü keçirilib
- Azərbaycandan Ermənistana ixrac edilən neft məhsulları Böyük Kəsik stansiyasına daxil oldu - Baku TV
- Azərbaycandan Ermənistana göndərilən yanacaq Biləcəridən yola salınıb - Baku TV
- Göyçədə 35 şagirdi olan kənddə 800 şagirdlik məktəb azərbaycanlılar üçün tikilir?
- Macarıstan Azərbaycana görə qoyduğu vetonu geri götürüb - Paşinyan təsdiqlədi
