Starmer: “Britaniya Hörmüz boğazının şərtsiz açılmasını dəstəkləyir”
Böyük Britaniyanın Baş naziri Kir Starmer Hörmüz boğazının heç bir ilkin şərt olmadan açılmasının tərəfdarı olduqlarını bildirib.
O, boğazın dərhal və qeyd-şərtsiz açılmasının qlobal məsuliyyət olduğunu vurğulayıb. Starmer bildirib ki, bu addım dünya enerji və ticarət axınlarının bərpası üçün vacibdir.
Məlumata görə, Britaniya lideri Fransa prezidenti Emmanuel Makron ilə birlikdə dəniz nəqliyyatının təhlükəsizliyini təmin etmək üçün çoxmillətli təşəbbüsün yaradılmasına sadiq olduqlarını açıqlayıb.
Onun sözlərinə görə, kommersiya gəmiçiliyinin qorunması və minalardan təmizləmə əməliyyatlarının dəstəklənməsi regionda sabitliyin bərpası baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd olunur ki, bu məsələ ilə bağlı keçiriləcək videokonfransda təxminən 40 ölkənin iştirakı gözlənilir. Görüşdə həmçinin gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi və uzunmüddətli sabitliyin bərpası müzakirə olunacaq.
Məlumata görə, yaxın günlərdə Londona yaxın Nortvud hərbi mərkəzində iştirakçı ölkələrin hərbi nümayəndələrinin görüşü də planlaşdırılır.
Bildirilir ki, şərait imkan verərsə, birgə hərbi qüvvələrin yerləşdirilməsi məsələsi də nəzərdən keçirilir və bu missiyanın yalnız müdafiə xarakterli olacağı vurğulanır.
#Kir Starmer teqi istifadə olunub
- “Böyük Britaniya güc yolu ilə cavab verəcək” | Kir Starmer
- Böyük Britaniya sosial rifahı qorumaq və iqtisadi təzyiqləri azaltmaq üçün addımlar atır
- Kir Starmer ölkəsinə görə narahatdır
- “Britaniyanı müharibədən uzaq tutacağıq” | Kir Starmer
- Britaniya Baş naziri Trampın NATO-dan çıxmaqla bağlı açıqlamasına cavab verdi
