Sülh planının ikinci mərhələsinə start verildi
ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff Qəzza zolağında vəziyyətin tənzimlənməsi planının ikinci mərhələsinin həyata keçirilməsinə başlandığını bəyan edib.
S.Uitkoff bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Bu gün Prezident Trampın adından Qəzzada münaqişənin başa çatması üçün 20 maddəlik planının ikinci mərhələsinin başladığını elan edirik", – deyə o qeyd edib.
S.Uitkoff bildirib ki, sülh planının ikinci mərhələsi keçid administrasiyasının yaradılmasını, eləcə də anklavın demilitarizasiyası və bərpası üzrə prosesin başlanmasını nəzərdə tutur.
"İkinci mərhələ, ilk növbədə, bütün səlahiyyətsiz personalın tərk-silah edilməsini, daha sonra isə Qəzzada Fələstin keçid administrasiyasının, Qəzzanın idarəetmə üzrə milli komitəsinin yaradılması ilə tam demilitarizasiyası və bərpasının başlanmasını nəzərdə tutur", – deyə o yazıb və ABŞ-nin HƏMAS hərəkatının üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməsini və son ölən girovun meyitini geri qaytarmasını gözlədiyini əlavə edib.
"Bu tələblərin yerinə yetirilməməsi ciddi nəticələrə yol açacaq", – deyə S.Uitkoffun mesajında qeyd olunub.
#ABŞ teqi istifadə olunub
- Təl-Əvivin cənubunda rabitə mərkəzi məhv edilib
- Müctəba Xamenei nüvə proqramından imtina etməsə... | ABŞ şans tanımaq istəmir - Baku TV
- Müharibənin nəticəsi kimi Çin və Türkiyə Yaxın Şərqdə çoxqütblü model quracaq? - AKTUAL GÜNDƏM
- Tehranın İsrailə zərbələri zamanı Azərbaycan vətəndaşı Amid Murtuzov həlak oldu - Baku TV
- Əli Laricani Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib - ANA XƏBƏR
