Pleyeri seçin:

Suriyalılar sevincdən küçələrə axışdı | SDQ lideri Dəməşqə ABŞ helikopteri ilə səfər etdi

11 mart 2025 324 baxış

Suriya Prezidenti Əhməd əş-Şaraa ilə PKK terror təşkilatına bağlı “Suriya Demokratik Qüvvələri”nin lideri Fərhad Abdi Şahin arasında dünən axşam saatlarında imzalanan razılaşmadan sonra insanlar paytaxt Dəməşq və sərhədyanı Qamışlı rayonunda küçələrə çıxaraq atəşfəşanlıq ediblər.

Razılaşmadan sonra Abdi sosial media hesabında açıqlama verib.

SDQ lideri müqaviləni “yeni Suriya qurmaq üçün real fürsət” kimi qiymətləndirib: “Bütün suriyalıların hüquqlarını təmin edən və onların sülh istəklərini yerinə yetirən daha yaxşı bir gələcək qurmağa sadiqik”.

Şahinin Dəməşqə səfəri ilə bağlı maraqlı bir məqam da üzə çıxıb. SDQ liderinin Dəməşqdəki Zimer hərbi bazasına ABŞ-nin “Apaçi” helikopteri ilə eniş etdiyi məlum olub. Fərhad Abdi Şahinin başçılıq etdiyi nümayəndə heyətini burada Suriya hökumətinin rəsmiləri qarşılayıblar.

Məsələni “Reuters” üçün şərh edən amerikalı analitik Aron Lund hesab edir ki, anlaşma ABŞ qüvvələrinin Suriyadan geri çəkilməsi kontekstində əldə olunub.

“Razılaşma ABŞ Prezidenti Donald Trampın Suriyada İŞİD-ə qarşı mübarizədə illərdir SDQ-yə dəstək verən Amerika qüvvələrini birdən-birə geri çəkməsindan sonra təşkilat üçün yarana biləcək risklərdən qorumaq məqsədi daşıyır”, – ekspert deyib.

Xatırladaq ki, Dəməşqlə əldə edilmiş razılaşma SDQ/YPG-nin Suriya Ordusuna inteqrasiyasını nəzərdə tutur.

Qara dənizdə yeni təhlükə: Türkiyə gəmilərə xəbərdarlıq etdi - Baku TV CANLI

Qara dənizdə yeni təhlükə: Türkiyə gəmilərə xəbərdarlıq etdi - Baku TV CANLI

Dünya
10 avqust 2026 324 baxış
“Məkkə sazişi” kimə qarşı yarandı? | Hansı bu ölkələr bu razılaşmaya qoşula bilər? - Baku TV

“Məkkə sazişi” kimə qarşı yarandı? | Hansı bu ölkələr bu razılaşmaya qoşula bilər? - Baku TV

Dünya
10 avqust 2026 324 baxış
Paşinyana qarşı yeni cəbhə açılır | Ermənistanla bağlı kritik toplantı - Baku TV CANLI

Paşinyana qarşı yeni cəbhə açılır | Ermənistanla bağlı kritik toplantı - Baku TV CANLI

Dünya
10 avqust 2026 324 baxış
Macarıstanda prezidentliyə yeni namizəd irəli sürülüb

Macarıstanda prezidentliyə yeni namizəd irəli sürülüb

Dünya
10 avqust 2026 324 baxış
Qədim rus ab-havasını yaşadan "xiyar günü" böyük təmtəraqla keçirildi

Qədim rus ab-havasını yaşadan "xiyar günü" böyük təmtəraqla keçirildi

Dünya
10 avqust 2026 324 baxış
İranda Milli Təhlükəsizlik Şurasına katib təyin edilib

İranda Milli Təhlükəsizlik Şurasına katib təyin edilib

Dünya
10 avqust 2026 324 baxış
Teylor Sviftin mahnıları Ağ Ev və Trampın paylaşımlarından silinib

Teylor Sviftin mahnıları Ağ Ev və Trampın paylaşımlarından silinib

Dünya
10 avqust 2026 324 baxış
Rusiyada kirpilərə həsr olunan festival keçirilib

Rusiyada kirpilərə həsr olunan festival keçirilib

Dünya
10 avqust 2026 324 baxış
İlon Mask dünyanın ən böyük çip istehsalı zavodunun layihəsini təqdim edib

İlon Mask dünyanın ən böyük çip istehsalı zavodunun layihəsini təqdim edib

Dünya
10 avqust 2026 324 baxış
İran rəsmisi Məkkə Sazişi ölkələrinə xəbərdarlıq edib

İran rəsmisi Məkkə Sazişi ölkələrinə xəbərdarlıq edib

Dünya
10 avqust 2026 324 baxış
Seçilmişlər
icon