Tehran-Moskva əlaqələrində yeni mərhələ
İranın xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrovla görüşdə Tehranla Moskvanın siyasət, energetika, nəqliyyat və regional sahələrdəki əməkdaşlığını müzakirə ediblər.
Əraqçi bu barədə "Telegram" kanalında yazıb.
"İran və Rusiya arasındakı strateji münasibətlərin əhəmiyyəti qeyd edilib. ABŞ və İsrailin İrana qarşı müharibəsində atəşkəsdən sonrakı son hadisələr barədə məlumat verilib, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi vurğulanıb", – deyə məlumatda qeyd olunub.
Hər iki tərəf region ölkələri arasında ixtilafların azaldılmasında və Fars körfəzi regionunda kollektiv təhlükəsizlik mexanizmlərində BRICS-in potensial, konstruktiv rolunu qabardıb.
Tərəflər həmçinin Qərbi Asiya regionundakı son hadisələr, eləcə də İranın nüvə mövzusu ilə bağlı danışıqları barədə fikir mübadiləsi aparıblar.
"Rusiyanın xarici işlər naziri İran ilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayaraq, iqtisadi münasibətlərin genişləndirilməsini və energetika, tranzit dəhlizləri və mühüm su yolları sahələrində əməkdaşlığı dəstəkləyib", – deyə Əraqçi bildirib.
#Abbas Əraqçi teqi istifadə olunub
- "Heç bir təzyiqə boyun əyməyəcəyik" | İran XİN-dən Qərbə sərt mesaj - Baku TV
- "Məsələlərin hərb yolu ilə həlli yoxdur" | Əraqçi Hindistanda nələrə toxundu? - ANA XƏBƏR
- Əraqçi Hörmüzdə keçidin bərpa olunmasının şərtlərini açıqladı - Baku TV
- Tehran hərəkətə keçdi, Əraqçi Çinə gedir
- Tehrandan xəbərdarlıq | Yeni əməliyyatlara start veriləcək?
