Pleyeri seçin:

Tehrandan İrəvana sərt xəbərdarlıq | münasibətlər gərginləşir?

21 fevral 2024 222 baxış

Bir müddətdir Ermənistanın İranla münasibətlərində gərginlik müşahidə edilir.

Buna səbəb isə Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının fəaliyyətidir. Rusiyadan sonra rəsmi Tehran da sözügedən missiyanın Ermənistan sərhədində müşahidə aparmasından narahatlığını ifadə etməyə başlayıb. Hətta Münxen Konfransından sonra Nikol Paşinyan erməni icmaları ilə görüşdə etiraf edib ki, İranla müttəfiq olsalar da, Ermənistanın Qərblə yaxşı münasibətdə olması Tehranda xoş qarşılanmır.

Çünki N.Paşinyanın müavini Mqer Qriqoryanın başçılıq etdiyi nümayəndə heyətinin İrana sonuncu səfəri ürəkaçan notlarla bitməyib. İran Prezidenti İbrahim Rəisi regionda kənar aktorların olmasına imkan verməyəcəklərini bildirərək İrəvana xəbərdarlıq edib.

Məsələ ilə bağlı Baku TV-yə açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, Ermənistan rəsmiləri anlamağa başlayırlar ki, sərhəddə yerləşən Aİ missiyasının sayının artması İran-Ermənistan münasibətlərinə mənfi təsir edə bilər:

“N.Paşinyanın bununla bağlı açıqlamaları var. N.Paşinyan indi çıxılmaz vəziyyətdədir. İki-üç stulda eyni zamanda oturmaq mümkün deyil. Gərək seçim etsin, seçim də edə bilmir. İranla yaxşı əlaqələrinin olmağını, Rusiya ilə də münasibətlərini davam etdirmək istəyir. Amma Qərbin təhlükəsizlik institutları ilə sıx əməkdaşlıq edir ki, bu da Rusiya ilə İranın regional maraqlarına ziddir”.

Ruslar qəzəbləndi | Moskvada "Telegram", "WhatsApp" və "YouTube"dan niyə qorxurlar? - Baku TV

Ruslar qəzəbləndi | Moskvada "Telegram", "WhatsApp" və "YouTube"dan niyə qorxurlar? - Baku TV

Dünya
13 fevral 2026 222 baxış
İmran Xan görmə qabiliyyətini itirib

İmran Xan görmə qabiliyyətini itirib

Dünya
13 fevral 2026 222 baxış
Fransa Avropa İttifaqı ölkələrinə xəbərdarlıq etdi - ANA XƏBƏR

Fransa Avropa İttifaqı ölkələrinə xəbərdarlıq etdi - ANA XƏBƏR

Dünya
13 fevral 2026 222 baxış
Avropa müdafiə sahəsində daha çox iş görür

Avropa müdafiə sahəsində daha çox iş görür

Dünya
13 fevral 2026 222 baxış
Elm adamlarını heyrətə gətirən hadisə

Elm adamlarını heyrətə gətirən hadisə

Dünya
13 fevral 2026 222 baxış
ABŞ İranla bağlı planlarından əl çəkib? - Tramp strategiyasını dəyişdi? - Baku TV

ABŞ İranla bağlı planlarından əl çəkib? - Tramp strategiyasını dəyişdi? - Baku TV

Dünya
13 fevral 2026 222 baxış
“Nüvə ilə bağlı bu yeni risklər... “ | Şoyqudan vacib xəbərdarlıq

“Nüvə ilə bağlı bu yeni risklər... “ | Şoyqudan vacib xəbərdarlıq

Dünya
13 fevral 2026 222 baxış
Ermənistan Rusiya ilə körpüləri yandıracaq? - Peskov və Paşinyandan diqqətçəkən sözlər - Baku TV

Ermənistan Rusiya ilə körpüləri yandıracaq? - Peskov və Paşinyandan diqqətçəkən sözlər - Baku TV

Dünya
13 fevral 2026 222 baxış
Ukraynanın enerji obyektləri yenidən atəş altında

Ukraynanın enerji obyektləri yenidən atəş altında

Dünya
13 fevral 2026 222 baxış
ABŞ-nin ən müasir aviadaşıyıcısı Yaxın Şərqə göndərildi - Baku TV CANLI

ABŞ-nin ən müasir aviadaşıyıcısı Yaxın Şərqə göndərildi - Baku TV CANLI

Dünya
13 fevral 2026 222 baxış
Seçilmişlər
icon