Tramp 30 min insanı görün hara göndərir | Dünyanı silkələyəcək qərar
ABŞ Prezidenti Donald Tramp Kubadakı Quantanamo həbsxanasında 30 minə qədər qeyri-qanuni miqrantın müvəqqəti saxlanılmasına hazırlıqla bağlı sərəncam imzalayıb.
Ölkə lideri Ağ Evdə çıxışı zamanı bildirilib ki, o, bu addımı ölkəni təhlükəli cinayətkarlardan təmizləmək üçün atıb:
“Mən Quantanamo həbsxanasında 30 min nəfərlik yerin hazırlanması ilə bağlı sərəncam imzalayacağam. Çox insanın bununla bağlı heç bir məlumatı yoxdur. Quantanamoda saxlanmaq üçün 30 min çarpayımız var. Bizim məqsədimiz amerikalıları təhdid edən qeyri-qanuni miqrantlar arasında ən təhlükəli cinayətkarları saxlayacaq bir yer hazırlamaqdır”.
D.Tramp qeyd edib ki, qeyri-qanuni miqrantlarla bağlı qəbul edilən qərar ABŞ-də miqrant cinayəti bəlasının birdəfəlik kökünün kəsilməsinə yönlənib.
#ABŞ teqi istifadə olunub
- Ukraynada siyasi vəziyyət gərginləşir | Zelenski ABŞ və Avropadan əsas istəyini açıqladı - Baku TV
- ABŞ-nin gizli strategiyası Fransada qalmaqal yaratdı - Baku TV
- Tramp səhhətinin pisləşməsi barədə yayılan xəbərlərə aydınlıq gətirdi
- ABŞ-də universitetdə atışma oldu
- ABŞ-də fəlakət | Evlər su altında qaldı
