Pleyeri seçin:

Tramp danışıqlarla bağlı İrana xəbərdarlıq etdi - Baku TV

31 may 2026

“Tərəflər razılığa gələ bilməsələr, Vaşinqton İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazırdır”.

Bunu ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.

Danışıqların gözləniləndən daha yavaş getdiyini deyən Ağ Ev rəhbəri əlavə edib ki, ABŞ istədiyi nəticələrə tədricən yaxınlaşır, lakin proses vaxt aparır.

Onun fikrincə, tələsmək yaxşı sövdələşmənin ərsəyə gəlməsinə mane ola bilər.

Trampın sözlərinə görə, hazırkı razılaşma layihəsində İranın nüvə silahı hazırlamayacağı və ya heç bir şəkildə əldə etməyəcəyi nəzərdə tutulur.

O qeyd edib ki, İran bununla bağlı üzərinə öhdəlik götürüb. Amerika lideri vurğulayıb ki, bu, tərəflərin yanaşmasında əhəmiyyətli dəyişiklikdir.

Tramp həmçinin diqqətə çatdırıb ki, potensial sazişə razılaşma imzalandıqdan dərhal sonra Hörmüz boğazının açılması da daxil ola bilər.

ABŞ Prezidenti sonda İranla razılaşma əldə olunmayacağı təqdirdə hərbi variantın gündəmdə qalacağını bildirib.

Adi qaşıqla yemək mümkün deyil

Adi qaşıqla yemək mümkün deyil

Dünya
31 may 2026
Türkiyədə sərnişin avtobusu yandı: Ölənlər var - Baku TV

Türkiyədə sərnişin avtobusu yandı: Ölənlər var - Baku TV

Dünya
31 may 2026
ABŞ və İran arasında hərbi əməliyyatlar yenidən başlaya bilər - Baku TV CANLI

ABŞ və İran arasında hərbi əməliyyatlar yenidən başlaya bilər - Baku TV CANLI

Dünya
31 may 2026
Zelenski ölkəsinin vacib danışıqlara hazırlaşdığını bildirib - Baku TV

Zelenski ölkəsinin vacib danışıqlara hazırlaşdığını bildirib - Baku TV

Dünya
31 may 2026
İlkin mərhələdə İranın qəbul etdiyi öhdəlik | Tramp nələri açıqladı? - Baku TV

İlkin mərhələdə İranın qəbul etdiyi öhdəlik | Tramp nələri açıqladı? - Baku TV

Dünya
31 may 2026
Zelenski ölkəsinin vacib danışıqlara hazırlaşdığını bildirib - Baku TV CANLI

Zelenski ölkəsinin vacib danışıqlara hazırlaşdığını bildirib - Baku TV CANLI

Dünya
31 may 2026
ABŞ qoşunlarının Yaxın Şərq bazalarından çıxarılması planlaşdırılır - Baku TV

ABŞ qoşunlarının Yaxın Şərq bazalarından çıxarılması planlaşdırılır - Baku TV

Dünya
31 may 2026
Qlobal miqyasda Ebola yayılması ilə bağlı xəbərdarlıq edilir - Baku TV

Qlobal miqyasda Ebola yayılması ilə bağlı xəbərdarlıq edilir - Baku TV

Dünya
31 may 2026
Ukrayna Rusiyaya qarşı sanksiya siyahısını daha da genişləndirdi - Baku TV

Ukrayna Rusiyaya qarşı sanksiya siyahısını daha da genişləndirdi - Baku TV

Dünya
31 may 2026
Ukraynanın yeni dronları Urala qədər hədəfləri vurmağa qadirdir - Baku TV

Ukraynanın yeni dronları Urala qədər hədəfləri vurmağa qadirdir - Baku TV

Dünya
31 may 2026
Seçilmişlər
icon