Tramp Venesuela ilə bağlı planı açıqladı | ABŞ yenidən hərəkətə keçəcək? - Baku TV
Kuba hakimiyyəti gəlir çatışmazlığı səbəbindən çökməyə yaxındır.
Bu fikirləri ABŞ Prezidenti Donald Tramp səsləndirib.
Ağ Ev lideri Kolumbiyanı da Venesuelaya bənzədib:
“Bizim çox xəstə bir qonşumuz var. Əslində, qonşu deyil, amma qonşuya yaxındır, bu da Venesueladır, çox xəstədir. Kolumbiya da çox xəstədir. Kokain istehsal edib onu ABŞ-yə satmağı sevən xəstə bir adam tərəfindən idarə olunur. Deyim sizə, o bunu uzun müddət etməyəcək. Onun kokain dəyirmanları və kokain fabrikləri var. Mən sizə deyirəm ki, etməyəcək”.
Kuba məsələsinə də toxunan Ağ Ev lideri ölkənin Venesueladan asılılığını vurğulayıb:
“Baxın, Kuba həmişə Venesuela sayəsində ayaqda qalıb. İndi isə o pul gəlməyəcək, gəlir gəlməyəcək. Bilirsiniz, dünən çoxlu kubalı öldürüldü. Mühafizəçilər yəni”.
Ağ Ev lideri Venesuela məsələsinə də toxunub:
“Venesuela hazırda ölü bir ölkədir. Onu geri qaytarmalısınız. İnfrastrukturu geri qaytarmaq üçün neft şirkətləri tərəfindən böyük investisiyalar qoyulmalıdır. Neft şirkətləri bunu etməyə hazırdır. Onlar gedəcəklər, infrastrukturu yenidən quracaqlar. Bilirsiniz, biz onu illər əvvəl başlamaq üçün tikmişdik. Onları əlimizdən aldılar”.
#ABŞ teqi istifadə olunub
- İspaniya ilə heç bir əlaqəmizin olmasını istəmirik | Donald Tramp - Baku TV
- Artan yaşayış xərcləri fonunda ABŞ sakinlərinin çıxış yolu
- Biz pis adamlarla mübarizə aparırıq | Netanyahu son vəziyyətdən danışdı - Baku TV
- Tramp sərt ssenarini seçərsə, ABŞ İranla uzun müharibəyə hazırdır? | AKTUAL GÜNDƏM
- İranla bağlı təhlükəli qərar | ABŞ-nin müttəfiqlərini narahat edən ssenari - Baku TV
