Trampdan sərt xəbərdarlıq | Rusiya Ukraynaya rekord sayda raket atdı
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu bəyan edib.
ABŞ lideri Ağ Evdə çıxışı zamanı bu barədə danışıb.
“Bəli, hazıram”, ‒ deyə Tramp Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə hazır olub-olmadığı ilə bağlı suala cavab verərkən deyib, lakin o, təfərrüatlara varmayıb.
Bundan əvvəl “The New York Times” nəşri ABŞ-nin maliyyə naziri Skott Bessentə istinadla yazıb ki, Vaşinqton Moskvaya iqtisadi təzyiqləri gücləndirməyə hazırdır, lakin bunun üçün avropalı müttəfiqlərin dəstəyi vacibdir.
Qeyd edək ki, sentyabrın 7-nə keçən gecə Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücum həyata keçirib. Ukrayna mediasının məlumatına görə, hücum zamanı rekord sayda dron və raket buraxılıb, Ukrayna Nazirlər Kabinetinin binası da zərər görüb.
#Donald Tramp teqi istifadə olunub
- Putin NATO-ya sərt çağırış etdi | Trampın müharibəni bitirmək istəməsində məqsədi nədir? - Baku TV
- Ağ Evdə sülh müqaviləsi imzalandı | ABŞ lideri daha iki ölkəni barışdırdı- Baku TV
- Putin şərtlərlə razılaşmadı, yeni təklif... | Gündəmi sarsıdan görüşün məxfi detalları - Baku TV
- Tramp Putin-Uitkoff görüşünə münasibət bildirdi | Moskvada nələr yaşanıb? - Baku TV
- Trampın xüsusi elçisi Putinlə nələri müzakirə etdi? - Baku TV CANLI
